“Mingəçevir vurularsa, İrəvanı dağıdarıq” - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verib.

Müdafiə Naziriyindən verilən məlumatda qeyd olunur ki, belə bir hadisə baş verərsə Silahlı Qüvvələrin cavabı dərhal və layiqli olacaq:

“Ermənistan Respublikasının Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır.

Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.

Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar