Cəlilabadda narkotik vasitə aşkar edilib

Cəlilabadda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Məlikqasımlı kənd sakini Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus pay torpağında içərisində narkotik maddələr olmasını güman etdiyi bağlamaların olduğunu bildirib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və 4 kiloqram 960 qram çəkidə narkotik vasitə olan heroin, 895 qram tiryək, 198 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar