"Faiq Ağayev ağıllı və savadlı adamdır, niyə də deputat olmasın?!" - Millət vəkili

"Xalq artisti Faiq Ağayev şou-biznes ulduzları arasında çox ağıllı və savadlı adamdır. O, çox bilikli və dünyagörüşlü insandır. Niyə də deputat olmasın?!".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib.

E.Axundova deyib ki, Azərbaycanda şou-biznes və mədəniyyət sahələri ilə bağlı xeyli problemlər mövcuddur:

"İndi sabah Milli Məclisin iclası olacaq. Əgər imkan olsa, mən sabah iclasda mədəniyyətlə bağlı problemləri qaldıracam. Amma Faiq Ağayev bu sahədəki problemləri daha yaxşı qaldıra bilər. Axı onların da bir çox problemləri var. Bu günlərdə dünyasını dəyişən tanınmış aktrisamız Amaliya Pənahova vaxtilə millət vəkili olub. O, Milli Məclisin ən fəal və dəyərli millət vəkillərindən biri idi. Bu gün xalq artistimiz Zeynab Xanlarova da millət vəkilidir, zaman-zaman aktual məsələləri qaldırır, milləti maraqlandıran dəyərli fikirlər söyləyir. Bütün bunlara görə də deputatlıqda ayrı-seçkilik salmaq olmaz ki, filankəs şou-biznes adamıdır. Bu cür yanaşmalar düzgün deyil. Millət vəkili olmaq insanın dəyərindən asılıdır. Yəni, hökm deyil ki, millət vəkili ancaq professor və ya akademik olmalıdır. Deputat olmaq hər bir insanın istəyi ola bilər. Kiminsə buna qarşı çıxmağa ixtiyarı yoxdur. Dünyada da hər bir adamın millət vəkili olmaq hüququ var".

Deputat qeyd edib ki, şou-biznes adamlarının da deputat olmaq haqqı var:

"Seçicilərimiz bu seçimi hər bir insanın dəyərindən asılı olaraq edirlər. İnanıram ki, Faiq Ağayev kimi adamlar da deputat seçilsələr, fəal və enerjili çalışarlar və yeni nəfəs gətirərlər".

635x100

Şərhlər

Məlahət 2018-11-12 23:40:42

Deputat xanım Faiqin ağıllı və bacarığlı olduğunu necə təyin edib? Etdikləri davalarda,bıçaqlanmada və ya harada? Milli Məclisdə manıs oturmalıdr? Əcaib adamdan da əcaib söz çıxar.

vətəndaş 2018-11-12 23:40:42

Əsl deputat dövlətinin,xalqının qədrini qəlbən bilənlərdən olmalıdır,mahnı oxuyanlardan yox ? Faiq yaxşı olar ki, getsin şo biznesə...Milli Məclisə təyin olunan deputatlar təyin olunduğu bölgənin əhalisinin dərdi-şəri ilə məşğul olseydi,vətəndaş heç vaxt yuxarı instansiyalara müraciət etməzdi ? Siz deputatsınız,təyin olunduğunuz bölgənin əhalisinin dərdi-səri ilə məşğul olmusunuzmu....? Deputatlar yalnız öz ətrafını düşünürlər....?

EJDER 2018-11-12 23:40:42

EWWI,MOLODES...FAIK ELIN CIBINDE OLSUN.BAX KI,ATMASINLAR.GULERLE MESLEHETSEN YAXWIDI.BAX TUNZALE QABAQA DUWMESIN.O DA KOHNE Q...

Vəli 2018-11-12 23:40:42

ƏLA!Faiq Zahid Orucun yerinə,Aygün Baharın, Telli Elmiranın,Eyyub Yaqubov Arif Rəhimzadənin,Əli Mirəliyev Siyavuşun,Röya Jalənin, Kamran Həsənli Qüdrətin,Elariz Elman Nəsirovun, Elza Zeynəb Xanlarovanın, ,Vasif Məhərrəmli Fazil Mustafanın,Roza Zərgərli Məlahət İbrahimlinin, Azər axşam Səməd Seyidovun Manana Zabelinin,Maral Hadı Rəcəblinin, Pişik Günel Aydın Mirzəzadənin, Nadir Qafarzadə Fərəcin,Ay Zaur Ziyafətin, Elçin Əlibəyli (SKİPER!) Oqtay Əsədovun yerinə deputat olsalar MM həqiqi SOU məkan kimi təsdiq olar.

Kənar adam 2018-11-12 23:40:42

Bu qadın milləti təhqir etməkdə davam edir. Səbəb də harın oğlundan sonra cəzalandırılmamasıdır.

Van Gogh 2018-11-12 23:40:42

Deyəsən Faiq Ağayev bu xanım deputatı əməlli-başlı görüm-baxım edib, haqqını verib. Görün nə günə qalmışıq ki, kimlər kimləri deputat seçdirmək istəyir. Zəmanə dağılsınmı yoxsa bu bərbad günə salınmış ölkə?

Elmira Axundovaya 2018-11-12 23:40:42

Elmira xanım Faiqin çox ağıllı,savadlı,təcrübəli şəxs olduğunu necə sübut edə bilər? Onsuz da indiki deputatların çoxunun deputatlığa yaramadığını,siyahi ilə orada oturulduğunu bilir və sübuta ehtiyacı yoxdur.Orada bir manıs çatmırdı onu da Elmira xanım təqdim edir. .

Cavid 2018-11-12 23:40:42

Elmira xanım görəsən düşünüb belə deyib?Milli məclisdə bircə ... çatmırdı.onu da irəli çəkin.Biabırçılıq!Elə Elmira xanıma belələri uyğun gələr.

Sazoğlan məllim 2018-11-12 23:40:42

Nədənsə, ha ha ha hər hansı bir yerdə Faiq Ağayevin adı gələndə adamları gülmək tutur və ehmalca qulaqlarını çəkib astadan "irağ" olsun deyənlər də olur. O ki, qaldı ağıl məsələsinə elə iki ağıllı adam varsa biri Elmiradır, biri də Faiq Ağayevdir.

vekil 2018-11-12 23:40:42

bu deputatin oglunun qalmaqali bitib ki beyem indi de onu bunu deputat ecir...hansi olkede gorukub ki deputat deputati secsin faiqe geldikde ise ona reaksiyani xalq vere biler .

alı 2018-11-12 23:40:42

Duzdur-"NİYƏ DƏ OLMASIN?"İndiki deputatların intellekti və elə bütün parametrlərdə "göstəriciləri" "Pişik Güneldən", Elzadan, Tolikdən, Samiraldodan heç nəyi ilə fərqlənmir.Hətta bunlar bəzi "məqamlarda" indiki deputatlardan "fəaldırlar".Vallah LYUBOY ZADI gətirib MM-də oturdsan ondan da deputat olar.Secicilərin səs verməsinə ehtiyac yoxdur,Qanunlardan baş çıxarmaga voobşe ehtiyac yoxdur, knopkanı onsuzda kim gəldi basacaq,manıslar ən ograşa da ləyaqətli deməyə utanmır və öyrəşiblər.ONDA BƏS NİYƏ OLMASIN?

BAKILI 2018-11-12 23:40:42

Gezel fikirdir baw bawa verib iwleyersiz

Abit 2018-11-12 23:40:42

Bir o ağıllıdı birde sen.

cəngərlik sakini 2018-11-12 23:40:42

Sındırın bu milləti.Oğr-r az idi milli məclisdə indi də... yol açırlar.

Seymur 2018-11-12 23:40:42

bir savadsiz diger savadsiz haqda basqa nece danisha biler

elshad 2018-11-12 23:40:42

Siz deputat olub , neynediniz ki , faiq faiqhaaaaaa deputat olub neyneyecek ) hec fikirlrshirsiz ne deyirsiz ???!!!!!!!! Derdeeeee derd Ay camaat faiq deputat olacaq

Veteran 2018-11-12 23:40:42

Axundova xanim, azerbaycanda bilirsiniz ne qeder agilli ve savadli adam var?

Vetendash 2018-11-12 23:40:42

Faiq Agayev hal- hazirda Milli Meclisde uzun illerdir oturub sadece iclaslari dinleyen "millet vekillerinin" boyuk ekseriyyetinden qat-qat savadli, mentiqli,vetenperver ve bacariqlidir.Fanatlari cox oldugundan seckiye qatilarsa namizedliye qeydiyyat ucun digerlerinden asan imza toplaya biler.Arzusu cin olsun!

Əli 2018-11-12 23:40:42

Xanım düz deyir milli meclisde muqennilerin de "numayendesi" olmalidir ya yox?!

t.ədalət 2018-11-12 23:40:42

Mən, bu xanımın mövqeyini anlaya bilmədim.Məgər,bizə Faiq Ağayev kimi ad çıxarmış birisi gərəkdir?Azərbaycanın əsas problemi işğal olunmuş yurd yerləridir.Biz, bu problemin həlli üçün səfərbər olmalıyıq.Mədəniyyətin də əsasında ərazi bütövlüyümüz dayanır.F.Ağayevin dərdi ilə qayğılananlardan yurda məlhəm olan deputat olmaz.Bəlkə də Elmira Axundova Azərbaycanın bir nömrəli problemi olan DQ və ona bitişik ərazilərin düşmən tapdağı altında olması ilə heç maraqlanmır..

Son yazılar