İBRAHİMOVLARIN NÖVBƏTİ FIRILDAQLARI MƏHKƏMƏDƏ - 52 zərərçəkmiş var

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və  məhşur fırıldaq layihənin müəllifi Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi materialları ilə tanış olma mərhələsi başa çatıb.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərəri ödəyib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Qeyd edək ki,  İbahimov qardaşçları yalnız vətəndaşlara detil, dövlətə də 100 milyonlarla ziyan vurublar. Qardaçlardan biri - İbrahim Nehrəmli fantastik və fırıldaq  

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15  gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytarıb. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq  borcunu qaytarmaqdan imtina edib. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətindədir.

Bu haqda “AzPolitika.info”da geniş yazı dərc edildiyindən təkrarlamaq istəmirik. Sadəcə qeyd edək ki,  fırıldaqla dövlətin 100 milyonlarını ələ keçirən İbrahimov qardaşlarının vətəndaşlara 2 -3 milyon "atmasında" təəccüblü nəsə yoxdur. Görünür bu qardaşlar cəzasız qalacaqlarına tam əmindirlər.

AzPolitika.info

635x100

Şərhlər

Zaza dayı 2018-11-13 09:54:04

Bu qardaşlar devletin ve vetendaşların pulunu menimseyib çox rahat yaşayırlar. Onlar hem devletin , hem de vetendaşların onlara bir şey yapmayacaqlarına tam emindirler.Devlet yapsaydı bu 30 ilde yapardı. Vetendaş da hara şikayet etse gedib devlete çıxar

NIHAD 2018-11-13 09:54:04

SERQ BAZARININ MUDURI HEYDER BEYNALXALQ BANKDAN MILLIONLAR QOTURUB QAYTARMIR O DA BUNLARKIMI NEHREMLIDI PROKURPRLUQ HARA BAXIR 100 MANAT OQURLAYANA 5IL IS VERIRLER

Habil 2018-11-13 09:54:04

Azərbaycanda nə qədər və neçə dəfə fırıldaq etmək lazımdır ki, cavab verməli olasan? Yoxsa bunun üçün irqi ayrıseçkilik var?

EJDER 2018-11-13 09:54:04

MOLODES.ALLAH CELILI REHMET ELESIN

GM 2018-11-13 09:54:04

Azərbaycan reallığında biznes deyilən heç nə yoxdur, Olan dələduzluq, oğurluqdur, dinbazlıqdır Məmurlar büdcəni Dələduzlar sadə camaatı dinbazlar cahilləri ``sökürlər``, Ziyalılar ancaq ki, özlərini bu yırtıcılardan qoruyurlar, bəzi hallarda onlardan da ``qurbanlıq`` gedənlər olur; Baxın beləcə müstəqillik qazanmı$ ``gödənyırtanlar`` yollarını davam etdirirlər,

Ateist 2018-11-13 09:54:04

Bəs necə olmalı idi ki? Bir yüksək vəzifəli məmurun (nazir,komitə sədri,Baş nazir və sş)4-5 ildən artlıq bir vəzifədə saxlanılması belə hallara gətirib çıxarmalıdır!Bunu dünya təcrübəsi təsdiq edib..

cəngərlik sakini 2018-11-13 09:54:04

İNŞƏALLAH burunlarından irin şəkilində gələr MİLLƏTDƏN oğurladıqları pullar.Kasıb evini qızdırmaq üçün bir kol kəsir min manatlarla cərimə olunur.Mən ona haqq qazandırmıram.Amma o da ailəsi üçün nəsə etməlidir.Qaza pulu yoxdur.Belə şərəf...r isə milyardları israf edir.

Mirqələm 2018-11-13 09:54:04

Bəziərinə cəzasızlıq mühiti yaradılan ölkədə eyni (oğurluq, dələduzluq, büdcə yemə,kreditləri udma)eyni adamlar tərəfindən cinayətlərin təkrarlanması adi bir haldır.Milyonlar,milyardlar udulur,amma sanki belə olmalıdır.Heç kim cinayətə cəlb olunmur.Amma aclıqdan,çarəsizlikdən 5-10 manatlıq toyuq oğurlayan məhkum edilir.Budurmu demokratiya,insan azadlığı,bərabərlik!

Son yazılar