"ŞEFİNİZƏ SÖYLƏYİN ADAMLAR İŞİ BİTİRDİ" - Qaşıqçının öldürülməsi Məhəmməd bin Salmana məruzə edilib

Səudiyyəli jurnalist Camal Qaşıqçının sui-qəsdi ilə bağlı hər gün yeni faktların ortaya çıxması ər-Riyadın bununla bağlı məsələni soyutmaq siyasətini alt-üst edir. Bu məsələdə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə yaxınlıq edən prezident Trampa qarşı gələn müxalif medianın da rolu böyükdür.

Siyasi müşahidçələrin rəyinə görə, işin Məhəmməd bin Salmanla bağlılığının ört-basdır edilməməsində onun vaxtilə həbs etdirdiyi və işgəncə verdirərək pullarını əlindən aldığı yaxın qohumları da maraqlı ola bilər.

The New York Times” qəzeti Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən birinin telefon edərək “ dediyini iddia edib. Qəzetdə yazılana əsaəsn, bu “şef” şahzadə Məhəmməd bin Salmandan başqa birisi deyil.

Картинки по запросу maher mutreb

Yazıda həmin telefon zəngini edən şəxsin adı da açılqlanıb. Bu Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin əməkdaşı Mahir Əbdüləziz Mütrəbdir.

Xəbərdə Türkiyə kəşfiyyatının bu məsələdə ABŞ-dakı həmkarlarını məlumatlandırdığı bildirilir. Mütrəbin isə Məhəmməd bin Salmanın yaxın köməkçilərindən birini aradığı məlum olub. Qəzetin iddiasına görə, ABŞ xarici kəşfiyyatı hələ də son faktın şahzadənin birbaşa cinayəltə əlaqəsini sübuta yetirmədiyində israr edir.

"Anadolu" agentliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanı indi də şahzadənin cinayətdə iştirakının olmadığını bəyan edir. Rəsmi ər-Riyad Türkiyə tərəfinin onlara təqdim etdiyi səs yazılarında bəhs edilən “şefinizə söyləyin” bölümünə rast gəlmədiklərini bildirirlər.

Картинки по запросу muhammad bin salman khashoggi

“The New York Times” məqaləsində bu cür səs yazılarını Trampın Məhəmməd Bin Salmanla bağlı siyasətinə yönəlik üzərinə daha çox təzyiq düşürəcəyi qeyd olunub. Bundan başqa mövzu ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cin Haspel və digər yüksək rütbəli təhlükəsizlik rəsmiləri yaxın vaxtlarda Konqresə də rəsmən məlumat verəcəklər.

Bundan başqa, ABŞ Konqresində siyasi konyukturanın dəyişməsi məsələyə ayrı çalar gətirə bilər. Belə ki Nümayəndələr palatasında demokratlar qalib gəldiyi üçün burada Kəşfiyyat komitəsini sədri vəzifəsinə həmin parityadan Adam Şifin gətiriləcəyi gözlənilir.

Картинки по запросу adam schiff

Adam Şiff

Adam Şiffin fikrincə, dəllilərin birbaşa Məhəmməd bin Salmanı işarə etməməsi onun günahının olmadığı qənaətini hasil edə bilməz. Adam Şiff rəsmən işinə başlayan kimi Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki törətdiyi əməllərinin geniş şəkildə araşdırılıcağı sözünü verib.

Bu arada Böyük Britaniya baş naziri Tereza Mey də Qaşıqçı cinayətinin bütün detalları ilə araşdırılması gərəkdiyini ifadə edib. Tereza Mey xarici işlər naziri Ceremi Hantın bu məqsədlə Səudiyyə Ərəbistanına getdiyini, orda kral Salman bin Əbdüləziz, şhazadə Məhəmməd bin Salman, xarici işlər naziri Adil əl Cübeyrlə görüşdüyünü bildirib. Ceremi Hant Britaniya hökuməti adından artıq beynəlxalq qalmaqala çevrilən bu hadisənin obyektiv araşdırılması tələbini dilə gətirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar