RATİ-nin rəhbəri Emin Hüseynovun harada olduğu bəlli deyil - Video-Yenilənib

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

ABŞ səfirliyinin mətbuat xidmətindən musavat.com-a rəsmən bildirilib ki, Emin Hüseynov səfirliyin ərazisində deyil, yayılan məlumatların əsası yoxdur.  

* * * 

18:32

Musavat.com-a verilən son məlumata görə, RATİ-nin rəhbəri Emin Hüseynov hazırda ABŞ-ın Azərbaycandakı səfirliyindədir.

* * *

17:01

Meydan TV-nin məlumatına görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb.

Hazırda Emin Hüseynovun rəhbərlik etdiyi qurumda axtarış aparılır. Bir neçə gün əvvəl isə onun bank hesablarına həbs və ölkədən çıxışına qadağa qoyulması haqqında məlumatı yayıldı.

Hazırda hadisə yerində olan musavat.com-un əməkdaşının verdiyi son məlumata görə, RATİ-nin əməkdaşları ofisin qapılarını bağlayaraq içəridə oturublar.

Ofisin ətrafında polislər və mülki geyimli şəxslər dayanıb. Onlar jurnalistlərin çəkiliş aparmasına icazə vermirlər.

Əməkdaşımız xəbər verir ki, polis əməkdaşları əraziyə əlavə qüvvə çağırıblar.

* * *

Reportyorların azadlığı və təhlükəsizliyi İnsitutunun ofisini polis və mülki geyimli şəxslər mühasirəyə alıb. Xəbəri musavat.com-a RATİ-nin əməkdaşları verib. Onların sözlərinə görə, hazırda RATİ-nin önündə polis və mülki geyimli şəxslər var və onlardan bir neçəsi qapını qıraraq içəriyə daxil olmaq istəyirlər. Ən son məlumatları paylaşacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar