25 İLLİK NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU! - ƏƏSMN-də şok dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çox diqqətçəkən kadr dəyişiklikləri olub.

"Report"un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası isə müvəqqəti Əzizov Bəxtiyar Əsgər oğluna həvalə olunub.

"AzPolitika.info" xatırladır ki, həm də Azərbaycan Paralimpiya Komitəsinin Prezidenti olan İlqar Rəhimov 1993-cü ildən, yəni 25 ildir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini və ya birinci müavini vəzifəsində çalışırdı. Bu illər ərzində ƏƏSMN-də azı 5 nazir dəyişsə də, İlqar Rəhimov hər zaman vəzifəsini qoruyub saxlaya bilmişdi. Bəzi zamanlarda isə o, hətta nazirlikdə əsas fiqura, son söz sahibinə də çevrilə bilmişdi. Xüsusən də Füzuli Ələkbərovun nazir olduğu dövrdə İlqar Rəhimov ƏƏSMN-in "boz kardinalı" hesab olunurdu. Səlim Müslümov və daha sonra Sahil Babayevin dövründə isə, o, nisbətən kölgəyə çəkilmişdi.

Bəzi məlumatla görə, İlqar Rəhimov hakim ailədən mötəbər bir ağsaqqal tərəfindən himayə olunduğundan bütün nazirlər onunla işləməyə məcbur olurdu. Lakin belə görünür ki, Sahil Babayevin bu "ənənəni" aradan qaldırmağa gücü çatdı.     

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Vaqif 2018-11-13 18:07:25

Sahil Babayev şəhid ailələrini qəbul edən görüşdə 8 dəqiqə səbri catdı ki,onları dinləsin və görüşü cox hörmətsiz şəkildə tərk etdi.Hələ menecer yetişməyən bir kadri belə bir nazirliyə nazir qoyanda nəticəsi çox ağır olacaq.Bu mənim subyektiv fikrimdir ki,o dərhal istefaya göndərilməlidir.

Dövlətimizi sevən 2018-11-13 18:07:25

Cənab Prezident,Şəki İHB-ı yaddan çıxıb ?

Adil 2018-11-13 18:07:25

Deyirlər təzə nazirlər məsələn -K/t naziri, Vergilər naziri,Qida təhlükəsizliyi rüşvət və korrupsiyadan uzaqdır.Müşahidələr başqa şey deyir.Vinneqret (RNYTN) nazir özü yox, amma auditin qohumları alır.ƏƏSM Naziri Sahil əfəndi isə açıq bazar açıb.Agcabədiyə sobezə Fazil Əkbərovu qoyub.Fazil Dovlət Sıgorta şirkətinin rayon fil. direktoru idi.Dələduzlugu, korrupsionerliyi və rüşvətxorlugu ilə məhşur idi.İndi Sahil onu 170000 manata Agcabədi sobezinə qoyub.Fazilin bacanagını da başqa sobezə 200 minə.Bazar olsun

t.ədalət 2018-11-13 18:07:25

İlqar Rəhimov milli kadr idi.Həm də əlillər və şəhid ailələri ilə işi yaxşı qura bilirdi.Görünür,naziri qane etməyən onun milliyi olub.Anası erməni olsaydı,yəqin ki vəzifəsində qalacaqdı..

Son yazılar