Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır: "Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib".

Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik", - o deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar