Misir İsrailə çağırış etdi – Qəzzada gərginliyin artırılmasını dayandırın!

Dərc olunub: 13/11/2018 - 21:46

1527877917_656078Misir Qəzza zolağında gərginliyi dayandırmaq məqsədilə İsrail və Fələstin tərəfləri ilə təmaslar aparır. Xüsusilə də işğalçı İsrail ordusunun bu anklava aviahücumları və artileriya zərbələrini fəallaşdırdığı bir vaxtda.
«AzPolitika.info»-nun məlumatına görə, bu barədə Misirin «Əl-Əhram» qəzei xəbər verib.
«Misir Qəzza sektorunda gərginliyi dayandırmağın və aşağı salmaq xəttinə sadiq qalmağın vacibliyini İsrail hakimiyyətinin nəzərinə çatdırıb» - deyə, Misir hakimiyyətinə yaxın mənbələrə istinadla, nəşr qeyd edib.

Bununla eyni vaxtda Misir, Fələstin rəhbərliyini də Qəzza sektorunda «təmkini saxlamağa, silahlı qarşıdurmaya yuvarlanmamağa və danışıqlar masasına qayıtmağa çağırıb».

Bundan əvvəl, İsrail orlusunun mətbuat xidməti xəbər verib ki,  hərbçiləi Qəzza sektorundan 300 rakketin atıldığını və onların bir çoxunun «vurulduğunu» bildirirlər. O da xəbər verilir ki, israillilər yerdən və havadan bütün anklav üzrə bir sıra müxtəlif hədəflərə hücum edir.








loading...


Fikrinizi bildirin