Çin kosmosda iştirakını genişləndirmək niyyətindədir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinin Müdafiə Nazirlimyi (MN) dünya miqyaslı strateji aviasiyanın yaralılması barədə çoxillik plan hazırlayıb. Planda kosmik sferaya mühüm yer ayrılır.

İdarənin məlumatına görə, plan 3 mərhələyə bölünüb və onların axırıncısı 2050-ci ildə ölkənin hərbi-hava qüvvələrinin tam yenilnməsi ilə başa çatacaq.

Qeyd olunur ki, Çin xalq-azadlıq orlusu hərbi-hava qüvvələri (XAO HHQ) 4-cü nəsil silhlarla təchiz ediləcək.

«Birinci mərhələ - 2020-i ilə qədər stateji aviasiyanın yaradılmasını, strateji aviasiyanın strukturlarının tikintisini nəzərdə tutur. Bu mərhələdə hava və kosmik məkanlarda imkanların inteqrasiya olunması və həm müdafiə, həm də hücum əməliyyatlarında imkanların balaslaşdırılması təmin olunacaq» - xəbərdə belə deyilir.

İkinci mərhələ 2035-ci ilə qədərki dövrü əhatə edir və HHQ sisteminin tam yenilənməsini və müasir strateji HHQ-nin yaradılmasını nəzədə tutur.

Əsrin ortalarına Çin dünya əhəmiyyətli HHQ yaratmağı planlayır ki, bu da böyük gücün Qələbə gətirən statusuna zəmanət verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar