Çinin nümayəndəsi ABŞ-a gedəcək - Ticarət danışıqları aparmaq üçün

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin arasında yaşanan fikir ayrılıqları fonunda yaxın zamanlarda Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının sədr müavini Lyu Xe Vaşinqtona səfər edəcək.

«South China Morning Post» nəşrinin məlumatına görə, Çin nümayəndəsi amerikalı həmkarları ilə aparılan danışıqlardakı «sürüşmələr»i yumşaltmağa cəhd göstərəcək, ancaq onun məhz kiminlə görüşəcəyi hələlik məlum deyil.

«Hər iki tərəfdən mənbələr hadisələrin inkişafını nəşrə təsdiqləyiblər, amma hazırkı vəziyyətə yekun gündəlik hazır deyil» - deyə, nəşr yazır.

Səfər ABŞ və ÇXR liderlərinin G20 sammitində görüşü astanasında və Lyu Xe ilə ABŞ-n maliyyə naziri Stiven Mnuçinlə telefon danışığından sonra baş tutacaq.

ÇXR Dövlət Şurasını sədri Li Kentsyan bəyan edib ki, Çin həmişəki kimi, ticarət mühaisəsi üzrə ABŞ-la bərabərhüquqlu danışıqlara ümid edir.

«Ticarət-iqtisadi məsələ Çin-ABŞ münasibətlərində ən nəzərə çarpanıdır. Amma biz, əvvəllər olduğu kimi, yenə də bərabərhüquqluluq və qarşılıqlı hörmətə əsaslanan danışıqların keçirilməsinə ümid edirik...» - deyə, Li Ketsyan Sinqapurda «ASEAN» sammitinin açılışında bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar