Modriç 1-ci, Ronaldo 2-ci, Messi 5-ci oldu

Goal.com öz versiyasına görə, 2018-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, "Real"ın yarımmüdafiəçisi Luka Modriç ilk pillədə qərarlaşıb. Az səslə xorvat oyunçudan geridə qalan "Real"ın sabiq üzvü, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo ikinci, "Liverpul"un hücumçusu Məhəmməd Salah üçüncü olub. Kilian Mbappe dördüncü (Frans, PSJ),Lionel Messi (Argentina, "Barselona") beşinci pillədə yer alıb.

Qeyd edək ki, Goal.com-un versiyasına əsasən, bundan əvvəlki iki ildə Ronaldo ən yaxşı oyunçu seçilmişdi.

Xatırladaq ki, "Goal.com" hər il bu mükafatı verir. Qalib 42 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar