Mayk Pens Çini total soyuq müharibə ilə təhdid edib - "Əgər Çin dəyişməsə..."

Əgər Çin öz davranışlarını dəyişməsə, onu ABŞ və tərəfdaşları ilə total soyuq müharibə gözləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Washington Post" qəzetinə müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O bildirib ki, Çinin "ən yaxşı (əgər sonuncu deyilsə) şans"ı ABŞ ilə soyuq müharibə ssenarisindən qaçmaqdır – bu, onun iqtisadi, hərbi və siyasi fəaliyyətində böyük dəyişikliklərə" gətirib çıxaracaq.

"Düşünürəm ki, bunun böyük hissəsi Argentinadakı görüşdən asılı olacaq", - deyə Pens ABŞ prezidenti Donald Trampın Buenos-Ayresdə Çin sədri Si Szinpinlə planlaşdırılan görüşünü nəzərdə tutaraq bildirib.

Pekin ABŞ-la soyuq müharibədən qaçmayacağı təqdirdə nə baş verəcək sualına, Pens belə cavab verib: "Deməli, belə də olmalıdır".

O qeyd edib ki, Pekin əhəmiyyətli və konkret güzəştlərə getməsə, ABŞ Çinə qarşı iqtisadi, diplomatik və siyasi təzyiqləri gücləndirməyə hazırdır. Pens hesab edir ki, ABŞ iqtisadiyyatı bu gərginliyə tab gətirmək üçün kifayət qədər güclüdür, Çin iqtisadiyyatı isə "daha az sabitdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar