Daşkəsəndə 5 nəfərin öldüyü yanğının təfərrüatı - Yenilənib + VİDEO

Daşkəsən. 14 noyabr. REPORT.AZ/ Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub. Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.

***

"Report"un Qərb bürosu Daşkəsən rayonunda evdə yanğın zamanı ölən uşaqların fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik.

Xatırladaq ki, hadisə zamanı 5 nəfər ölüb.

Yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Yanğın zamanı 4-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb:

1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva

2010-cu il təvəllüdlü Aysun Asim qızı Tağıyeva

2012-ci il təvəllüdlü Sakit Asim oğlu Tağıyev

2017-ci il təvəllüdlü Sadiq Asim oğlu Tağıyev

2007-ci il təvəllüdlü Günel Qoşqar qızı Ədilxanova.

[gallery columns="4" size="full" ids="466245,466246,466247,466248"]

635x100

Şərhlər

azər 2018-11-14 21:13:10

qaydasız-nizamsız-dəngəsiz-anlaşmaz məmləkət...balaların ölümünün günahkarı yaxınları və qamu-hamı-toplumdur..vay belə günümüzə..

Son yazılar