“HƏMİN PULLAR XALQIN, DÖVLƏTİN PULUDUR..." - Deputat sabiqlərin əmlakını satmağı təklif edir 

“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olub. Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

“Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Londonda olan mülkləri, sabiq vergilər naziri Fazil Məmmədovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”, - deputat əalvə edib.

635x100

Şərhlər

Bilal 2018-11-14 17:34:38

Görəən "Baş nazirin müavini" Əli Həsənovun oğurldığı,rüşvət formada yığdıqları milyardlar büdcəyə qayıdacaq,yoxsa əl dəyişəcək?

Abit 2018-11-14 17:34:38

Guya satılanda xalqamı verilecek?Kiminse dutkasıdı

2018-11-14 17:34:38

Burda deyirlərey öz gözündə tiri görmür. Elə sənin də əmlakın satılsa artıqlaması ilə bəs edər.

måmmåd 2018-11-14 17:34:38

őzundån bashda

oxucu 2018-11-14 17:34:38

hələ indi başa düşürlər ki bu pullar xalqındır dövlətindir.

Sual 2018-11-14 17:34:38

Bes senin abi

antiAbu 2018-11-14 17:34:38

75 yaş demək olar ki, həyatın sonuna yaxın bir andır. 75 yaşlı milyarder gözəl bilir ki, milyardlarını o biri dünyaya apara bilməyəcək. Bu milyardlar bu dünyada vəhabi oğluna qalacaq. Deməli bu milyardlar terrora yönəldiləcək və günahsız insanların qanı axıdılacaq.Daima cin-şeytandan və məleykələrdən məntiqsiz və axmaq nağıllar danışmış bu şəxs, papağını qabağına qoyub, yaxşı-yaxşı fikirləşib görsün ki, dövlətdən mənimsədiyi milyardları dövlətə qaytarmaq yaxışıdır, yoxsa vəhabilərə saxlamaq?

Səfiev 2018-11-14 17:34:38

Depuтaт F.Agamalıуev MM-ə qanuni тəklifini fərdi münasibəт kimi buraxıb. Kiminsə mülkü ilə MMin işi. Aid sahələrin və nəzarəтçi dovləт qurumlarının icraaтına уazılmalıdır ki, ilin sonuna qədər qanundan kənar mənimsənilmiş maliууəni ilin sonuna qədər geriуə-büdcəуə qaутarmalı və уa büтünlüklə isтefa geтməlidirlər?

Vətəndaşa əıavə 2018-11-14 17:34:38

Fəzail bəy sanki yeni Amerika kəşf edib. Bu qanunun tələbidir.Ancaq bu tələb Azərbaycanda necə icra olunur.Bax,Ağamalıoğlu ondan danışmalı idi.Çıxış xatirinə çıxış kimə lazımdır? Bizdə bir əldən başqasına verilir,heç səsi də çıxmır.Guya Fəzail bəy bunu bilmir?Bəs niyə bildiyini,gördüyünü yox, qanunun tələbini təkrar edir.Belə əmlaklar həm sabiqlərin,həm də vəzifədə olanlarda (gözləyir işdən çıxarılandan sonra danışar) mövcuddur.

Azərbaycan vətəndaşına 2018-11-14 17:34:38

Bismillahir-Rəhmanir-Rəhim. Azərbaycan vətəndaşı tam düz deyir.Özudə yuxarıdan başlamaq lazimdır: Milli Məclisdən, Nazirler kabinetindən, Deputatlardan və s...

Azərbaycan vətəndaşı 2018-11-14 17:34:38

Nə üşun yalnız sabiqlərin əmlakı satıimalıdır.Guya bu gün vəzifədə işləyənlərin oğurluq pulla aldıqları əmlakjı yoxdur.Nə üçün onları da müəyyənləşdirib satılmasını təklif etmirsiniz.Yəqin gözləyirsiniz ki,onlar da sabiq olndan sonra yeni bir populist təklif verəsiniz.

EJDER 2018-11-14 17:34:38

YAXWI FIKIRDI.DUZ EMELLI NAZIR, MEMUR YOXDUR...HAMISI ....QUSARLAR...

Son yazılar