"Neftin qiymətini proqnozlaşdırmaq axmaqlıqdır..." - Rusiyanın "baş neftçisi" ABŞ-ın gücünü etiraf edib

Rusiyanın "Rosneft" Dövlət Neft Şirkətinin rəhbəri İqor Seçin dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına özünəməxsus formada şərh verib.

"Azpolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, İ.Seçin ümumiyyətlə hazırki durumda neft qiymətlərilə bağlı proqnoz verməyin mənasız olduğunu bildirib. Çünki qiymətlər adi bazar iqtisadiyyatı qanunları ilə deyil, siyasi qərarlardan asılı vəziyyətdədir: "Hazırda neftin qiymətindəki qeyri-müəyyənlik İranla bağlıdır. Ancaq gördüyünüz kimi, artıq qiymət korrektə edilməyə başlayıb."

"Rosneft"in prezidenti hesab edir ki, qiymətin ucuzlaşmasında İran amili ilə yanaşı, digər faktorlar da böyük əhəmiyətə malikdir. Jurnalistlərin qiymətlərlə bağlı proqnoz vermək istəyinə cavab olaraq, İ.Seçin hazırda neftin qiymətinin proqnozlaşdırılmasının axmaqlıq olduğunu bildirib: "Bu barədə indi danışmaq axmaqlıqdır. Biz ABŞ administrasiyasının hansı addımlar atacağını və əsas oyunçularla bağlı nələrin baş verəcəyini bilmirik. Səudiyyə Ərəbistanı və neft hasilatına dair də hansı qərarların veriləcəyini bilmirik. Ancaq biz, istənilən parametrlər daxilində işləməyə hazırıq..."

Xatırladaq ki, ötən gün neftin qiyməti 70 dollardan 65 dollara enib ki, bu göstərici də sonuncu dəfə ötən ilin martında qeydə alınmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar