“Rusiyaya casusluq etmiş keçmiş hərbçinin günahı sübut olunacaq” - Avstriya Kansleri

"Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya ordusunun zabitinin günahı istintaq nəticəsində sübut olunacaq".

“Report” TASS-a istinadla xəbər verir ki, bunu Avstriya Kansleri Kurt Sebastyan bildirib.

“Məndə olan məlumata görə, bu işlə bağlı hökm oxunacaq. Rusiya ilə danışıqlar tərəfdarı olsaq da, ölkəmizin ərazisində casusluğu qəbul edə bilmərik”, - o vurğulayıb.

Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin 70 yaşlı keçmiş polkovniki ölkə ərazisində Rusiyanın xeyrinə casusluq edərkən tutulub. Bildirilib ki, o, 20 ildir Rusiyanın xeyrinə casusluq edirmiş. 1990-cı illərin sonunda keçmiş hərbçi Rusiyanın hərbi kəşfiyyatına Avstriyanın hərbi aviasiya, miqrasiya böhranı və artilleriya sistemlər barədə informasiyaya ötürürmüş. O, bu xidməti qarşısında Rusiyadan 300 min avro “qonorar” alıb. Əgər günahları təsdiqlənərsə, keçmiş hərbçi 2 il azadlıqdan məhrum ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar