Bolton İranı yenə hədələdi - "Limon kimi sıxacağıq"

ABŞ rəsmisi Avropa dövlətlərini hədələdi

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranı limon kimi sıxıb suyunu çıxaracaqlarını söyləyib.

Boltonun bəyanatı İranla bağlı sanksiyaların gücləndirilməsindən bir həftə sonra verməsi diqqət çəkib.

Məlum olduğu kimi, yeni sanksiyalar İranın neftini ixracatını durdurulmasına, habelə İran banklarının qlobal maliyyə sistemindən çıxarılmasına yönəlib.

Musavat.com CNBC kanalına istinadla bildirir ki, Sinqapurda ASEAN-ABŞ beynəlxalq sammitindəki çıxışında İranın hazırda güclü təzyiq altında olduğunu ifadə edib. “Britaniyalılar demişkən, biz onların suyunu çıxaracağıq. Bundan başqa, sanksiyaları əməl olunması üzərində ciddi nəzarət edəcəyik”, - Con Bolton söyləyib.

Bolton bununla İrana tətbiq olunan sanksiyalar məsələsində Avropa dövlətləri ilə fikir ayrılıqlarında olduqlarını etiraf edib.

Buna görə də Bolton birbaşa dövlətləri deyil, həmin ölkələrin iqtisadi dayaqlarını təşkil edən biznes strukturlarına mesaj göndərib. “Avropa dövlətlərinin siyasi mövqeyi biznes dairələrindən fərqlənir. Avropa firmaları çətin ki, İran İslam Respublikası ilə iş aparsınlar. Çünki Avropa şirkətləri İrandan daha çox ABŞ-la kommersiya çəhətdən bağlıdırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar