Gürcüstanda Prezident seçkilərinin ikinci turunun tarixi elan olunub
Baxiş sayı:
Dərc olunub:
14/11/2018 - 20:55
Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.
İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.
Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.