UEFA VAR sistemini sınaqdan keçirəcəyi oyuna türkiyəli hakimləri təyin edib

Türkiyəli hakim Cüneyt Çakır UEFA-dan növbəti təyinat alıb.

"Report" xəbər verir ki, 42 yaşlı FIFA referisi İtaliya və ABŞ yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək.

Ona yan xətt hakimləri - Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, UEFA İtaliya - ABŞ matçında videotəkrar sistemini (VAR) sınaqdan keçirəcək. Qarşılaşmanın VAR hakimləri Halis Özkahya və Barış Şimşek olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar