NAZİRİN XALASI QIZI QOCALAR EVİNƏ YERLƏŞDİRİLİB –  Yaxınları imtina edib + FOTO

Dərc olunub: 15/11/2018 - 15:47

Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır.

5bed4d5b8a305_lll

Səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib. Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır.

Bir müddət öncə açıqlama verən qadın bildirmişdi ki, qızı 57 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Unikal.org-ın məlumatına görə, qızının ölümündən sonra 2 nəvəsi qadından imtina edib. Sovet dövründə rəhbər vəzifələrdə çalışan yaşlı qadın hazırda həm də ürəyin işemik xəstəliyindən əziyyət çəkir. Əminə Hüseynova xəstəliyi ilə əlaqədar müalicə ala bilmədiyi və xəstəxanaya yerləşdirilmədiyi üçün yeriyə bilmir.








loading...


Fikrinizi bildirin