Putin neftin ən optimal qiymətini elan etdi -  "Həm istehsalçıları, həm də istehlakçıları qane edir..."

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putin dünya bazarında neftin optimal qiymətinin bərqərar olmasının vacib olduğunu bildirib. Rusiya prezidenti Sinqapurda keçirilən beynəlxalq konfransda qeyd edib ki, "həmin qiymət həm istehsalçıları, həm də istehlakçıları qane edir."

Putinin fikrincə neftin qiymətinin 70 dollar səviyyəsində olması dünya iqtisadiyyatı üçün ən optimal variantdır: "İstehsalçılar və istehlakçılar üçün otimal qiymət lazımdır. Bu yaxınlarda gördüyümüz kimi, qiymətin 70 dollar olması bizi tam qane edir."

Bununla yanaşı prezident neft hasilatının həcminin azaldılmasının tərəfdarı olmadığına da işarə vurub. Putin qeyd edib ki, hasilatın azaldılması Rusiya büdcəsi üçün hiss olunacaq dəyişikliyə səbəb ola bilər.

Rusiya prezidenti həmçinin xatırladıb ki, ölkə büdcəsində neftin qiyməti 40 dollardan proqnozlaşdırılıb. Bu isə büdcənin profisitlə yerinə yetirilməsinə və iqtisadiyyatın inkişafına xidmət edən layihələrin həyata keçirilməsinə yaxşı şərait yaradacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar