Rusların çox içməsinin səbəbi açıqlandı - Amerikalı alimlər maraqlı nəticəyə gəliblər

ABŞ-ın Pitsburq Universitetinin alimləri dünyada alkoqolizmin yayılma səbəblərilə bağlı araşdırma aparıblar. "AzPolitika" xarici mətbuata istinadla xəbər verir ki, alimlər dünyanın 193 ölkəsində və eləcə də ABŞ-ın 50 ştatında ayrı-ayrılıqda orta illik temperatur və ən əsası günəşli günlərin sayı ilə spirtli içkilərin qəbulu arasındakı uyğunluğu tapa biliblər.

Məlum olub ki, soyuq iqlim şəraitinin hökm sürdüyü və günəşli günlərin az olduğu ölkələrdə spirtli içkilərin qəbulu səviyyəsi isti və günəşli günlərin bol olduğu ölkələrlə müqayisədə xeyli yüksəkdir. Alimlərin fikrincə, Rusiya başda olmaqla soyuq ölkələrdə alkoqolizmin geniş yayılmasının əsas səbəblərindən biri günəşli günlərin az olmasıdır. Hesab olunur ki, insanların günəş şüasını az-az görmələri onların spirtli içkilərə meyllənməsinə səbəb olur.

Günəş şüasından qıtlıq çəkən ölkələrdə spirtli içkidən qara ciyər serrozuna tutulanların sayı da digərlərilə müqayisədə xeyli çoxdur.

635x100

Şərhlər

t.ədalət 2018-11-15 18:39:47

Ağ yalandır.Azərbaycanın isti bölgələrində sabahı bir stəkan su və bir butulka araqla açanlar var.Daha çox içənlər,daha çox donuz əti yeyənlər və hazır qidalardan istifadə edənlər olur.

Son yazılar