Mingəçevirdə avtomobil marketə çırpılıb, sürücü xəsarət alıb

Mingəçevir şəhərində yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı marketin binasına çırpılıb. Nəticədə 1990-cı il təvəllüdlü sürücü İbrahim Lətif oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar