"Fransa hörmətsizlik nümayiş etdirir" - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib.

XİN-dən "Report"a daxil olan məlumatda bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir.

"Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir", - açıqlamada qeyd olunub.

Məlumatda vurğulanıb ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır: "Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".

635x100

Şərhlər

Abit 2018-11-15 19:40:12

Fransa dostumuzdu

vidadi goyce 2018-11-15 19:40:12

qardasim burada teuccublu hec ne yoxdur fransa avropanin en cox ermenilere ustunluk veren bir olkesidir,tebiki siyasi fahishe oz tayi ile durub oturmalidir,boyuk britaniyanin xin oimush lord kerzon vaxtile ermenistani fransaya verin soylemishdir,cunki fransadan bashqa hec bir dovlet bu iyrenc ve cirkin milletle ish gore bilmez.tayli tayni anqirib tapib.

o.b.n 2018-11-15 19:40:12

Əgər öz mənafeyiniz naminə ölkədə müxalifəti məhv etməsəydiniz,fransanın və 100 mliyonluq nisiyə silah verən həmsədir rusya səfirliyi qarşısında etraz edərdilər.Dünya ictimayətidə bu ölkələri ikili standartada qınayardı.Fransada, Rusyada narahat olardıki,Azərbaycan kimi ölkəni itirə bilərik.

EJDER 2018-11-15 19:40:12

ESAS PDUR KI, BU DUNYA ICTIMAYETI FRANSANIN BU ...DOZUR.HAQARACIQ.MESULIYYET GORESEN KIMIN UZERINE DUWUR...LAZIMIN

keçici qırmızı bayraqlar 2018-11-15 19:40:12

Luvrda divarlarda 2-3 dənə çat qalmışdır. Yaxşı təmir etdirməmisiniz. O çatları təmir etdirəndən sonra bu haqda geniş məlumat Fransa-1 telekanalında məlumat veriləcəkdir və Fransa XİN sizə hörmət edəcəkdir.

t.ədalət 2018-11-15 19:40:12

Fransa həmişə bizə xəyanət edib.Azərbaycan torpaqlarının işğal olunmasında Fransanın da rolu olub.DQ söhbəti ilk dəfə Fransadan məlun aqambekyan tərəfindən ortaya atılıb.

Son yazılar