ABŞ Camal Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının 17 vətəndaşına yönəlik sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytünda məlumat verilir.

Məhdudlaşdırıcı bu tədbir «qlobal Maqnitski aktı» çərçiavəsində qəbul olunub. Beləliklə, "Maqnitski Aktı" deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar