Babək prospektində yaranmış tıxacın səbəbi məlum olub

Noyabrın 14-də, axşam saatlarında Babək prospektindən Qara Qarayev istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, tıxac müşahidə edilib. Tıxac səbəbindən ətraf yollarda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtobusların intervalında gecikmələr olub. Mövcud vəziyyətin yaranmasına səbəb, Babək və Qara Qarayev prospektlərinin kəsişməsində körpüdə aparılan təmir işləridir.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilir ki, əvvəlcədən müvafiq qurum tərəfindən məlumatlandırma aparılmadığından körpü üzərində hərəkət məhdudlaşdırılıb və nəticədə qeyd edilən problemlər yaranıb.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018 tarixli fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Bakı Nəqliyyat Agentliyinə məlumat verilməlidir.

635x100

Şərhlər

t.ədalət 2018-11-15 21:47:51

Qəsdənmi,yoxsa nadanlıqdanmı yolun bağlı olması haqqında xəbərdarlıq işarələri qabaqcadan qoyulmur.Hadisə və ya iş gedən yerə çatdıqdan sonra isə geriyə dönmək olmur.

Son yazılar