Çin və ABŞ kompromisə gəldi - Ticarət müharibəsi başa çatır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Bloomberq»-in jurnalistləri öyrəniblər ki, Pekin ticarət məsələlərində Vaşinqtona güzəştə gedəcək.

Agentlik qeyd edir ki, yayın əvvəlindən bəri ilk dəfə Çin Amerika Birləşmiş Ştatlarına (ABŞ) güzəştə etməyə hazır olduğunu bildirir.

Düzdür, o da var ki, Çinin öz üzərinə götürmək qərarına gəldiyi öhdəliklər Ağ evin «miqyaslı struktur islahatları aparmaq barədə» tələblərinə tam cavab vermir.

Materialda qeyd olunur ki, Çin-ABŞ danışıqları konstruktiv gedir. Amma "Böyük iyirmilik»in noyabrın 30-da keçiriləcək sammitində Si Tsizinpin və Donald Tramp çətin ki, lazımi saziş imzalaya bilsinlər.

Xəbərə görə, Çin bir sıra sahələr üzrə xarici investisiyaların maksimal payının artırılması imkanlarına hazırdır.

Bundan əvvəl bazarı belə bir xəbər silkələmişdi ki, iki ölkə başçısının Argentinada gözlənilən görüşü onların mövqelərinin barışmaz olduğu səbəbilə, pozula bilər. Amerika biznesi gözləyirdi ki,  Tramp administrsiyası Çin mallarına tətbiq olunan rüsumların (200 milyard dollar) 10 faizdən 25 faizə qədər artırılmasını dayandırsın. Amma «Bloomberq»in məqaləsindən belə nəticə çıxartq olur ki, hələlik bu barədə söhbət getmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar