Fransa hakimiyyəti Trampa «ləyaqətli davranış» barədə xatırladıb

«AzProlitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Fransa barədə tənqidi fikirləri Yelisey sarayının diqqətindən kənarda qalmayıb və Benjamen Qrivo hökumətinin rəsmi nümayəndələrinin sərt reaksityasına səbəb olub.

Nazirlər Şurasının iclasının yekunlarına görə, Qrivo sarayın müşavirinin belə bir bəyanatını ingilis dilində şərh edib ki, «bir halda ki, Trampın «Tvitter»dəki fikirləri ingilis dilində yazılıb, deməli bu fikirlər fransalılar üçün nəzərdə tutulmayıb».

Xüsusilə də Qrivo xatırladıb ki, Tramp vəzifəsinə görə, özünü daha ləyaqətli aparmalı idi. Bildirib ki, bu ərəfədə Fransada törədilmiş terror aktlarının ildönümü olub.

«Dünən noyabrın 13 idi - biz, bir il bundan əvvəl Parisdə öldürülmüş 130 vətəndaşımızın xatirəsini yad etdik. Ona görə də mən, ingilis dilində cavab verirəm: «common decenci»yə (ləyaqətə, layiqi davranışa) əməl etmək gərəkdir» - deyə, spiker bildirib.

Qrivo həm də prezident Makronun şərhini xatırladıb. Makron bəyan edib ki, diplomatiya «Tvitterdə» xəbərlərin köməyi ilə həyata keçirilmir, əksinə ikitərəfli danışıqların gedişində həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar