Yaponiya Kuril adalarını Amerika hərbi bazalarının olmadan saxlamağı vəd edib

Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, Kuril adalarının cənub hissəsinin Yaponiya veriləcəyi halda orada ABŞ-ın hərbi bazaları yerləşdirilməyəcək.

Bu barədə "Report" "Asahi Shimbun" yapon nəşrinə istinadən xəbər verir.

Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinə əsasən Birləşmiş Ştatlar öz hərbi bazalarını bu ölkənin bütün ərazisində yerləşdirə bilər. Amma yüksək səviyyəli yapon məmurları nəşrə bildiriblər ki, hərbi bazalar Yaponiyanın razılığı olmadan yerləşdirilə bilməz.

Daha əvvəl məlum olub ki, Abe Rusiya prezidenti Vladimir Putinə ərazi məsələsi üzrə danışıqları sürətləndirmək təklif etmək istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar