TƏHSİL NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN EDİLDİ - Prezident sərəncam imzaladı

Təhsil nazirinə yeni müavin təyin edilib. "Report"un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.

İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyev təhsil nazirinin müavini Ceyhun Bayramovun təhsil naziri təyin olunması haqda sərəncam imzalayıb.

Xatırladaq ki, İdris Balakişi oğlu İsayev 1970-ci ilin oktyabrın 22- də anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1992-1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

635x100

Şərhlər

... 2018-11-16 10:33:20

8 KM BAZARDAPUL ALIB ƏRZAQ VERİRLƏR, TƏHSİL NAZİRLİ İSƏ ORTA MƏKTƏBDƏ PUL ALIB HEÇ NƏ VERMİRLƏR...

Vetendasa 2018-11-16 10:33:20

Qardas yeraz deyil men arasdirmisam maliyye nazirinin muavini azer bayramovun(tehsil naziri ceyhun bayramovun qardasi) dostudu

Azer 2018-11-16 10:33:20

tehsil nazirliyinde hammi olubde qiraqdan isi bilen getirirler))

23 2018-11-16 10:33:20

salam necesen melim

helime 2018-11-16 10:33:20

Iqtisadchi tehsil sisteminde!! Super kadr siyaseti!Bu gedishle 5-10 ilden sonra hekimler mekteblerde ders deyecek,iqtisadchilar hekimlik edecek ve s.Maraqlisi odur ki,eger bir insan vezifeye qoyulmalidirsa,onun oz sahesinde yer tapilmir ,beyem??

Vətəndaş 2018-11-16 10:33:20

Uyğunsuz təyinatlar baş verir.Maliyyə-kredit (mühasib,bank işçisi) hara, Sosial müdafiə,təhsil nazirliyi hara?Axı aldığı təhsil, iş stajı bu vəzifələrə uyğun olmayıb.Ondan hansı müvəffəqiyət gözləmək olar.Bir də elə müavin kimi Sosial müdafiə nazirliyində eyni vəzifədə oturdulmuşdu ,Nə oldu yer dəyişiləsi oldu. Bax belə təyinatlar ölkəni inkişafdan saxlayır,narazılıqlar yaradır və sonda nəticəsiz olur.Yəqin o da ya Yraz-dır,ya da qohumluğu var.Tərcümeyi halda bu göstərilməyib.

t.ədalət 2018-11-16 10:33:20

Deməli,bir rusdilli də vəzifəsini möhkəmləndirdi.Nə qədər çox rus dili,bir q qədər də DQ-dən uzaqlaşma.

rasim 2018-11-16 10:33:20

Məsələnin çox sadə həlli var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını dəyişib, Təhsil Nazirliyi qoymaq və uşaqları birinci sinifdən başlayaraq təqaüdə göndərmək. Təhsil bazara çevirilib. Təhsil Nazirliyi buğaterlər cəmiyyətidir. Bir neçə ildən sonra bütün bunların acı nəticəsini hamı dadacaq. İndi gec deyil. Təsirli tədbirlər görülməlidir!

Pisi 2018-11-16 10:33:20

IDRIS müəllim BUZOVNALIDI

Son yazılar