"Ötən il Azərbaycan məhkəmələrində 389 min 580 işə baxılıb" - Ramiz Rzayev

"Azərbaycanda 540-550 məhkəmə hakimi var və ölkənin əhalisi isə 10 milyon nəfərə yaxındır. Avropa standartları ilə götürsək Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür"."Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə KİV rəhbərləri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, Avropa standartlarına görə isə əhalinin hər 100 min nəfərinə 20 hakim düşməlidir.

R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 min 919 işə baxılıb: "Bunlardan 357 mini mülki, 5 mini iqtisadi, 27 mini isə inzibati işlərdir. Ümumilikdə isə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 min 580 işə baxılıb. Bu qədər işə 500 hakimin baxması isə çətindir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar