Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Dərc olunub: 16/11/2018 - 12:14

avtomobilPolis Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 14-nə keçən gecə rayon ərazisində “Hyundai”, “Mercedes” və “Baic” markalı 3 avtomobildən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlamaqda, həmçinin “Nissan” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbə ərazisində şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanılıb. Axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.








loading...


Fikrinizi bildirin