İCRA BAŞÇISI DEPUTATDAN 30 MİN RÜŞVƏT İSTƏYİB! - Adil Əliyevdən yeni açıqlama (Yeniləndi)

"Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

"AzPolitika.info"nun məlumatına görə, Azərbaycan reallığında çox da təəccüb doğurmayan, amma mahiyyətcə sensasiyalı belə bir açıqlama ilə deputat Adil Əliyev çıxış edib. O, "musavat.com" saytının canlı yayımında bu barədə danışıb.

Deputat, ondan 30 min rüşvət istəyən icra başçısının adını çəkməyib. Amma bildirib ki, həmin icra başçısının kimliyində "müvafiq qurumların" xəbəri var, çünki özü onlara müraciət edib.

"Mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”, - deputat bildirib.

Maraqlıdır, Adil Əliyevdən 30 min rüşvət istəyən icra başçısı kimdir? Bu sual ətrafında 2 gündür sosial şəbəkələrdə qızğın müzakirələr getsə də, "qurd ürəyi yemiş" həmin "qəhrəmanın" kimliyi gizli qalır.

***

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı Adil Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, Bakının bir sıra rayonlarının icra başçıları ilə normal münasibətləri var. Millət vəkili bir çox icra başçısının deputat sorğularına həssas yanaşdığını, sakinlərin problemləri ilə bağlı müraciət etdikdə dərhal reaksiya verdiklərini bildirib.

O, Qaradağ, Nərimanov, Nizami, Sabunçu, Xətai rayonlarının adlarını xüsusi qeyd edib. Əlavə edib ki, deputat seçildiyi Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə daha sıx şəkildə çalışır, onunla həm də dostluq münasibətləri var: "Abdin müəllimlə bizim çox yaxşı münasibətlərimiz var. Rayonun inkişafı, seçiçilərimizin problemləri ilə bağlı birgə çalışırıq. Təkcə icra başçısı deyil, İcra Hakimiyyətinin demək olar ki, bütün vəzifəli şəxsləri ilə daim əlaqədəyik, tez-tez bərabər tədbirlər keçiririk. Elə dünən bir şəhid ailəsinin probleminin həlli üçün toplandıq və məsələni həll etdik. Cənab prezidentin tapşırıqlarına əsasən, əhalimizin rifahını yüksəltmək, onların qayğılarına şərik olmaq, problemlərini imkanımız çatdığı qədər aradan qaldırmaq istiqamətində rayon rəhbərliyi ilə hesab edirəm, çox səmərəli şəkildə əməkdaşlıq edirik”.

Göründüyü kimi, Adil Əliyev ondan bir qapının açılması üçün 30 min manat rüşvət istəyən icra başçısının adını yenə çəkməyib. Lakin o, açıq mesaj verib ki, biz Bakının hansı icra başçılarından şübhələnməməliyik. Bunlar Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçılarıdır.

Demək ki, deputatdan rüşvət tələb edəni digər 5 rayonun başçıları arasında axtarmalıyıq...

V.Nəsibov

635x100

Şərhlər

Yetmali 2018-11-17 00:05:11

Deputatdan rüşvət almaq qətiyyən olmaz,başqalarini soymaq olar.......Başliq yazan boyunu yerə soxuuum!!!

Savadsiz 2018-11-17 00:05:11

Otuz min ruwvet teleb etmek cox boyuk cinayetdir ve cinayeti bilib ort basdir etmek de hemcinin.Ona gore de teleb edende gizleden de cinayet mesuliyyetine celb olunmalidir eger olkede qanun iwleyirse.

Pisi 2018-11-17 00:05:11

Bizde vermisik icralara o rusveti deyirler yuxari gedir vermeyendede sokurler bes neyniyek senedde istiyirsen duz emelli senedde vere bilmirler.sen evvelce torpaq sahelerine deqiq sened verilmesini milli meclisde qaldir bu is oz hellini tapsin sonra he sen deyen ola biler.hersey bas ayaqdi bilmirsen guya

GÖRƏK ELDAR ƏZİZOV NƏ DEYİR: 2018-11-17 00:05:11

ZAMAN BÜTÜN SUALLARA ÖZÜ CAVAB VERİR...

Turab 2018-11-17 00:05:11

Adil ELiyev oxu atib yayi gizletmesin ad cekmeye cesareti catmirsa onda agzina tam yiyelik elesin.qarga mende qoz var- misali. sohbet rushvetden-korrupsiyadan gedir. xalqin malini mulkunu talayan her kesi ifsha etmek Adil Eliyeve bir namus borcu olmalidir -cunki millet vekili adini ciyinlerine goturub.yoxsa kiminse ogurlugunu , haram yediyini gorub onu gizletmek , onu qorumaq milletin vekiline yarashmaz

Oxucu 2018-11-17 00:05:11

Burda mesele beledir:deputat icra başçısından nese çetin bir işin xahişini edib ve müsbet cavab almayıb(yaqin ki xırda bir iş üçün 30 min istemezler). İndi deputat başçıya mesaj gönderir ki, o meseleni hell et yoxsa iş böyüyecek. Ad çeksem yaxşı olmayacaq.

taUGSH 2018-11-17 00:05:11

NE ADIL MÜELLİM GAPI ACMAG İSTEYİB NE DE ONDAN RÜŞVET İSTENİLİB.ADİL MÜELLİMİN BU MÜHASİBESİ ALMANİYADA Kİ,CIXIŞINA BENZEDİ.RÜŞVET İSTENİLİB NİYE MÜVAFİG ORGANLARA MÜRACİET EDİLMEYİB....

ÜVEYS 2018-11-17 00:05:11

BES İLLERDİR MİLLETİN DERİSİNE SAMAN TEPİR BUR DARGALAR (İCRA BASCİLARİ), NİYE DEPUTAT OLARAQ SESİNİZİ CİXARMİRDİNİZ? İNDİ MİLLETDE PUL QALMAYİB BİR BİRİNİZİ SOYANDA DOZE BİLMİRSİNİZ? OĞLANLARİNİ HUQUQ MUHAFİZE ORQANLARİNA DOLDURMUS İCRA BASCİLARİ HEC KİMDEN QORXMURLAR. BUNU PRİNSİP OLARAQ QEBUL ELEMİSİNİZ. ADİNİ DA QOYMUSUNUZ Kİ BU DAHA ETİBARLİDİR. EL BİRLİYİ İLE BU GUNE SALMİSİNİZ OLKENİ. NE DAXİLDE HORMETİNİZ QALİB NE DE OLKE XARİCİNDE

Vətəndaş 2018-11-17 00:05:11

https://www.youtube.com/watch?v=Bb4ypCFHjEY

Sara 2018-11-17 00:05:11

İcra başçısının kimliyini öynənmək üçün bilmək lazımdır ki, obyekt üçün qapının açılmasına rüşvət hansı rayon ərazisində 30 min manatadır.Qaradağ, Sabunçu və Xətaidə qiymət 30 min deyil, azdır...

Vahid 2018-11-17 00:05:11

Adil müəllim, zənnimcə siz, bu rüşvət faktı barədə Prezidentə məlumat vermisiniz.Əgər verməmisinizsə, deməli siz rüşvətxorluğun aradan qaldırılmasında maraqlı deyilsiniz.

Vetendas 2018-11-17 00:05:11

Rektorlari milli meclisden cixarib biznesmen deputatlari saxlayanda bele olar, Advil Oxus de cox imkaanli bigness oliqarxidi ve gorunduyu kimi cesereti catmir sozunu design.

Sual 2018-11-17 00:05:11

Bu deputatin yeznesi Meherem Eliyeve mexsus Nesimi rayonundaki yegane qadin salonunu ozellesdirilmesinde Prezidentin icra aparatinida rusvetde gunahlanfirmisdi. Heta yap funksionerinin qardasini Nesimi pllisine verib serleyirdiler. Indi ne oldu yene abi

Абдулла 2018-11-17 00:05:11

Millət vəkili həmin icra başçısının adını həm xalqa, həm də səlahiyyətli orqanlara deməlidir. Bu millət vəkilinin bilavasitə borcudur. DEputatın "...bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?” deməsi anlaşılmazdır. Əgər icra başçısı tərəfindən belə bir qanunsuz tələb olunubsa, bu cinayətdir. Cinayəti ört-basdır etmək isə daha böyük cinayət hesab olunur.

Seçici 2018-11-17 00:05:11

YƏQİN YENİ OBYEKT AÇIRSAN,BİZNES İMPERİYANI GENİŞLƏNDİRİRSƏN. SİZİN İŞİNİZ BUDUR. MİLLƏT SİZİN HEÇ VECİNİZƏ DEYİL. ORADA OTURUB BİZNESİNİZİ QORUYUR BÖYÜDÜRSÜNÜZ.NƏ MİLLƏT,NƏ TORPAQ

Dr.AGAOGLU 2018-11-17 00:05:11

Deputatlarin DSK və MnSK-da seçilmə protokolu İH başçılarının əli ilə yazılır.Ona görədə başçılar özünü haqlı olaraq deputatlardan üstün tuturlar.Sizi xalq seçsə İH başçıları sizin kölgənizdən belə çəkinərlər.30 min manatı isə onlar bilirləır niyə sizlərdən istəməyin səbəbini.Qurduğunuza xalq kimi sizlərdə dözün.

azər 2018-11-17 00:05:11

deputat necə qoyulubsa icra başçısı da elə qoyulub o üzdən..

antiAbu 2018-11-17 00:05:11

Hörmətli deputat bilirmi ki, icra başçılarına rəhbərlik edən Zeynal Nağdəliyev, Hacıbala Abutalıbovun qanunsuz işdən azad etdiyi şəxsin Prezidentə ünvanladığı 2030 məktubu hərəkətindən şikayət olunan şəxsə göndərərək mahiyyəti üzrə baxılmasına imkan verməyib. Niyə? Çünki Hacıbala Abutalıbov, onun "Mur-Ay" MMC ilə bağlı məsuliyyətdən yayınmasına çox böyük köməklik göstərib. Rəhbəri Zeynal Nağdəliyev olan icra başçısından bundan artıq nə gözləyəsən?

miri 2018-11-17 00:05:11

Aqil müəllim, indi iyirmi birinci əsrin əvvəllərindəyik.Kecən əsrin sonlarına kimi "bir nəfər yaxşı, qalan hamı pisdir" nağılını çox adam aldanirdi.Bunla isə manipulyasiya dəbdə idi. Artiq yox. Hər bir nəticə bir səbəbə bağlıdır.Bu fəlsəfi düzümü indi təhsil almamislar belə bilir. "Daha nağıllara inanmıram mən"-sair demişkən. Ya real həyatdakı problemlərin çözümü ilə real məsgul olun, yada qoşulun susanlar dəstəsinə. Yoxsa bir gün Avropada esitdiyunuz kimi həqiqətləri birbasa eşitmək məcburiyyətində qalacaqsınız.

Həsən 2018-11-17 00:05:11

Mənim fikirimcə, bu.... Çünki o rayonda açıq bazardı....

EJDER 2018-11-17 00:05:11

AQIL MALLIM VICDANLA IWLEYEN NAZIRIN,ICRA HAKIMININ ADINI CEKE BILERSINIZMI...VARSA ONU GINNESS KITABNA ...TAPARSINZ

Son yazılar