“SƏRXOŞ VƏZİYYƏTDƏ ŞEYXİ DOLAMAQ ƏXLAQSIZLIQDIR!” - "Axı sən kimsən ki?..."
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi və adının şərab biznesində hallanması məsələlərinə münasibət bildirib.
"AzPolitika.info"nun məlumatına görə, Hüseynbala Mirələmov Demokrat.az saytına açıqlamasında deyib ki, əgər Abel Məhərrəmov doğrudan da Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin olduğu təyyarədə bu cür hərəkətlərə yol veribsə, onun bu addımı ən böyük əxlaqsızlıqdır:
“Mən bunu ən böyük əxlaqsızlıq sayıram. Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına “ispan çaxırı” adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki... bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur”.
Şərhlər
Cinayət var cəza gərəkdi. Nə qədər ki, İnsanı keyfiyətini itirən, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan varlıqlar var inkişaf etmək mümkün deyil. Vətənini, xalqını, dövlıtini sevən insan bunu etmız.
Cinayət var cəza kərəkdi.
Nə qədər ki, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan, insani keyfiyyətlərini itirmiş varlıqlar var Azərbaycan Dövləti və xalqı əziyyət çəkməklə inkişafdan qalacaq. Nə qədər ki, cinayət var cəza yoxdur Ölkənin talanması davam edəcək.
Hüseynbala Mirələmov ayib olsun Size .Abel Meherremov 19 il rektor olanda bu sozleri niye demirdiz? Ne oldu vicdaniniz indi oyandi ?? Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi Yalniz bizim hormetli bezsi deputatlara aiddir Siz bir ozuvuze baxin yixilana balta vurmaq yarashmaz ..Bir daha ayib olsun Size
Burda şərh yazanların əksəriyyəti məsələyə hüququ qiymət verməkdənsə başlayırlar tərəfkeşlik etməyə bununlada özlərin azad düşüncə sahibi adlandırırlar əslində ölkəni bu günə qoyan həmin tərəfkeşliklərdir.Dahi M.Araz demişkən sizlərin tərəfkeşliklərinizin daşları yaşadığımız bu vətənə və vətəndaşlarına dəyir.
Ей.ченаб мирелем адам ялтаг олуб кеденин далынча данышмаз. хеле абел шукрелиди онданда залымлары хеле креслода отуруп халга зулм едир
ele sen de analoqu olmayan yaltaklar ordusunun bir ferdisen .senin terifli sheyxin bilmediki onun camalyotunda qacaqmalchiliq edilir, niye susurdu? demek xalqi aldatan firildaqchilari destklen ve ozu de naqanuni ishlerle meshgul olan bir din adami bize nece temiz yashAMAGI OYRETIR. LENET OLSUN XALQI SORAN MEMURLARIN HAMISINA AMIN!
Ay balahuseyn guya sen bilmirsenki butun sefirlerimiz biznesle mesguldu.umumiyyetle dovlet memurlarinin hamisi biznesle mesguldu.meselen sen guya biznesin yoxdu balahuseyn
Bu tipli parodoksal hallarda (iç terefi ile..) uzde gorunen, deyilen terefleri simmetriya (uygun mutenasiblik) teşkil elemir.. Bele veziyyetlerin arxasinda daxili (biznes ve ya movqe..) intriqalari dayanir ve bu prosseslerde kim-kimi "vurdu"du.. Prezident oz rehberlik teminatini ve nezaretini edir. Ancaq bele ehateli ifşalar bir sira unsurlerin daxili (movqe) "oyunlari"nin "ssenarileri" olur.. Sade mentiqle de baxanda, heç tecrubesiz da o qeder yuku taninmiş keslerin yaninda aparmaga risk eleyerdi?.. )
Hacı Allahşükür Paşazadənin bacısı oğlu kefli sərxoş vəziyyətdə restoranın ofisiantını qabağına qatıb, bıcaqlayanda Milli Məclisin deputatı Hüseynbala Mirələmov nə üçün çıxış edib demədi ki, "Axı sən kimsən ki, belə cinayət və əxlaqsızlıq edirsən?".
İspaniyadakı konfransda kimdi müselman ağzı ile nese ölçen. Gözleri atır ele sizinçün. Gedenlerin hamısı gezmek ve biznes elaqeleri qurmaq üçün gedir. Üz başınızı teraş edin gedin gezin gelin de kimdi size söz deyen. Yoxsa konfrans bele geldi....
Mənim cox yaxın bir adamım Sovet dönəmində Xaricdə diplomatik korpusda işləyib,ancaq heç bir alverlə məçğul olmayıb.İndi ki,diplomatlar isə alverlə məşğul olurlar.
Bu olkede goresen bir dene layiqli memur varmi ya. Ne olur yixilan kimi hamiliqla dusurler uzerine bele olmaz axi.. bu neya. Belke bele yazaq varmi layiqli memur...
Bu dramatırıx guya özü yolun adamıdı? Vaxtı ile "qaz vurub" qazan doldurub. Obyektinde adam öldürüldü temiz çıxdı. İndi ise Abeli "niprav"çıxarır. Açığı Abel o qeder de xoşum gelen biri deyil. Ancaq hiss edirem ki, söhbet ... qruplaşmasının Abelin üzerine teşkilatlanmış basqısından gedir.
Yaxşı, bəs şeyx həzrətlərinin üç il dalbadal ispaniyada eyniadlı eyni mezmunlu bir birilərini tamamailə təkrar edən konfrans keçirməklə nəyə nail olmaq istəyirmiş... deyilənlərə görə, çox bədxərc və dəbdəbəli konfranslar keçirilir... o pulları elə azərbaycanda kasıb-yazıq insanların dərdləri üçün məsrəf etmək daha savab olmazdımı... odur ki, abel mendoza ilə şeyxin arasında heç bir ferq yoxdur.
Abel Meherremov her zaman dovlete xalga xidmet eden bir insan olub, cenab prezidentin gerari muzakire predmeti ola bilmez . Amma Abel muellim hagda bele weyler yazmag yaxwi bir wey deyil yalanan bohtan atmag o boyda boyuk alimi garalamag duzgun bir iw deil. Onun guclu pewakar alim olmasi danilmaz bir faktdir.
yap yaxsi
Zakaza ishleyirsiz .Ayib olsun.Abel muellime yarashmayan sherler atirsiz.
Ən böyük bədbəxtçilik ondadırki ölkənin daxilində çalışan diplomatlar yaltaqlıqla xaricində çalışanlar isə sovet dönəminə bənzər alverlə məşğuldurlar.
AKTİVLƏŞDİ...
Bu kişi ne yazdigini goresen heç ozu başa duşur?! )) Yeqin, karyerasini biraz da (çerez Şeyx) mohkemletmek uçun eline meqam yaxşi movzu ve meqam duşub... Yoldaşlar dediyi kimi (uzde olan yazilardan başqa) bilmediyimiz ince meseleler var.. Amma, eyni zamanda bele fursetçil "NOVATORLAR" da suretle cucermekde davam eleyir!.. )
Hüseynbalaya vaxtında o şərabdan versəydilər bu gün düşüncəli danışardı. Utanmır soy adına da Mir artırıb. Əzü də Robinzona oxşayır.
Mirələmov Qaz-Emalı Zavodunda tərtəmiz maaşla dolanan..Gündüzlər qazdolduran,hər gecə bir ``şanlı`` Kitab yazan ``dahi`` Dedputatlarımızdandır.Və Abelin bu etukadan kənar əməllərini qəbul edtməyən Dramaturqdur.
"Mirələm" qələmi alıbdır ələ, Ağzına gələni buraxır çölə!
ONLAR HƏR ikisi bir bezin qiraqıdır.mirələmov sən balta sapısan.
Mirelemov, özünün xarici işlər nazirliyində çalışan biznesmen-oğlun haqda da danışmaq istemirsen? Hansı ki, nadir hallarda işə gəlir... və hətts iş yerində biznes işlərini davam etdirir. Odur ki, heç sənin də əxlaqdan dəm vurmağa haqqın çatmır...
Sen yaxshi kishi olsaydin Abel vezifede olanda bu sozu deyerdin, mister sabun
Azərbaycan xalqı uzun illərdir bəzi milləti tam bəlli olmayan.qarışıq kıan üzvlərininəlindən ağır vəziyyətə salındığı aşkardır.Hansı vəzifəlini tərpədirsən altındn oğurluq,talan,qanunsuz biznes.monopoliya ,milyardlarla mənimsəmə aşkar edilir.Ən pisi isə odur ki,bu əməllər illərdir davam edir,amma görən,ortaya çıxaran olmur.Bu yalnız haradasa səhv buraxanda və ya kobud hərəkətlər edəndə ortaya çıxarılır.Misal millətə bəllidir.Axı belə analoqsuz ölkə dünyada yoxdur.Kim bunu təşkil etdi?
Abeli Şeyx həzrətləri ilə muqayisə edənlər əasali bi anlayişda ədalətli deyillər. Beləki Şeyx həzrətləri sovetlərdən sonra sönməkdə olan dini adət ənənələrin izotoplarini surətləndirdiyi halda Abel sovet pedaqoqlari :Makarenko və Suxonlinski həzrətlərinin tərbiyə reaktorunu söndurməklə Fərhad kimi kulunğunu əldən yerə qoymadi. Valideyinlər uşaqlarina zizof əməyi , tələbələrisə əbəs yerə vaxt itirdilər .
Hamam hamam içində, Xəlbir saman içində, Dəvə dəlləklik edər, Köhnə hamam içində. Amma deyəsən, DƏVƏNİN dəlləkliyi sona ərdiyi üçün dünənə kimi Abel Mendozaya təzim edənlər,bu gün onu alçaldıcı ifadələrlə təhqir edirlər. Nə edəsən,atalar deyib ki, "PALAZA BÜRÜN, elnən sürün".
duz deyir Huseynbala muellim, gor bu ,,,alim ,,ne qeder ezlaqsizdir ki araq icib serxow olmaqi bir yana Weyxede soz atir, insan nece bu yawda bu vezifede exlaqsiz hereket ede biler bawa duwulen deyil.
Qinaq və yxud ibrətamiz məzmunlu yazi yazmaq bizlər ucun rusca "Sizofova trud " boşuna zəhmət kimidir . Sizov zəhmətinin azəricə bənzəri Fərhad dağda kulunğ vurmasina da oğşayir. Lakin bundan da ağir itkili zəhmətlər vardir . Adi əbəs vaxtdir . Əbəs vaxt sizofofa vaxtdan da ağir itkili bir məhfumdur , beləki əbəs vaxt Abelin timsalinda ətrafa yayilan toksikoloji radiasiya ilə bağlidir. Elə izatoplar var , ki onlarin yarim parcalanmalari zərərsizləşməsi 100 il eləsi var , ki 300 il cəkir.
Kor-kora lağ eləyir. Dünənə qədər Abelin əlini öpürdü.
Bu heç nadir azpolitika na yaxşı kı var o bayam balaca patışahdır .....onun 100 milyonla pulu va amlakı 200 adad evi va restoranı var ....BDU evini yıxdı ....
Abel m.bir az özünü kefli İskender kimi aparıbşNə olsun ki, lotu şeyxə deyib ki, mən ölüm lotudan, əl ver. Burda nə var ki. Qohum -əqrəbasını başına yığıb, rüşvətə meydan verib. amma bir az da alimdir. Qoy vəzifədə olanlardan yazsınlar. Vəziyyəti bu həddə kim gətirib ki!
Azərbaycan caxırını harasa aparıb, orada şüşəyə doldurub geri gətirmək ağla batan deyil. Çünki böyük xərc tələb edir. Həmin şüşələri etiketləri və digər lazımi aksesuarları elə burada asanlıqla hazırlamaq olar. Burada daha incə məqamlar var.
Seyx de kerek seyx olsun ki de ey milet vekili deyilen. Ozunuzu o yere qoymusuz ki hami sizin layiq olduxunuz dilde danisir. Basqa yol varmi ya
Bu Abel müəllim ona hücüm edənlərdən və edəcəklərdən fərqli olaraq büdcədən oğurluq etməyib.Özünün biznesini qurub.Bu texminən 2840 butulka sərab deməkdir.İspan brendi kimi biri 100 dollardan satılarsa 284000 dollar təmiz qazancdır.Verginidə yəqin ölkənin böyük alimi ödəmiş olar.
Şeyxin içib-içməməyini deyə bilmərik.Amma Şeyx elə bir nümunəvi əxlaqın da sahibi deyil.Yadınızdadırsa,bir vaxtlar bəzi müğənniləri özü ilə "ziyarətə" aparırdı. İkincisi də Şeyxlə çaxır Abelin arasında elə bir fərq yoxdur.Şeyx də kommersantdır,Abel də.
Siz bunu bir zarafat formada deyirsiz,amma bu basdan ayaga cinayet iylidir.Hugugsunaslar indi soz sizindir.Niye susmusunuz.?Bu geder kontrabanda kecirilib?
Mən həmişə bu Abel adına bir allergiyam olub.Yəni niyə məhz Abel.Elə adil də qoymaq olardı.Amma sonra gördüm ki, elə düz ad qoyublar bundan Adil olmazdı.Bogazına kəmsik olan bu əhvalat da elə Abel olduguna görə olub.Ancaq bu əhvalatdan sonra ona AKADEMİK ABİL yox .... ABİL daha uygun gələcək.O ki qaldı Hüseyin Balanin Abilə ƏXLAQSIZ deməsinə DANNI MOMENT .....Hardeydin alə Hüseyin Bala indiyədən..... görmürdün? ..Təzə leş tapdılar GÖREŞƏNLƏR...
Abel də Nemət kimi (meydan hərəkatının sifarişli dirijoru) quş buraxdı və o getməli idi. Azpolitika dünənki yazısında açıqladı ki, hörmətli akademik tələbələri ayağa qaldırmaqla hədə-qodxu gəlib. Bu sözü işlədən adam sadəcə uçmalıdır. ....
Pay atonnan! ..... 1 nömrəli universtetin rektoru belədir..... Görün indi julik, cibəgirən, başkəsən nə gündədir!
kimdi ey bu miri-seyidləri açar postlara dürtən.....
Hormetli Abel muellimin bir bacisi qizi vardi, Sebine 1999-2003 de bduda biofakda "oxuyub". Qiz neter savadliydisa, derse de gelmirdi de, amma butun imtahanlardan ela alirdi. Dehwet savadliydi.
Bu kişi lap Robinzona oxşayır.
Gör kim nə danışır...20 ildir ölkənin 1 nömrəli universitetini tapşırdığınız adamı indi tanıdınızmı? Minlərlə tələbənin mənəviyyatı ilə oynadı, heç kimi maraqlandırmadı, indi nə böyük iş olub ki, gedib şeyxin əbasına çaxırlı ağzını silib? Nümayəndələrə baxın: şeyx, qardaşı, qudası! Abel, oğlu ilə...elə bil xınayaxdısına gediblər,bəs Dövlət hanı,niyə bu xalq dünyada rüsvay olmalıdır? hələ bilmək olmaz, şeyx nə işlər görür oralarda.Burada gördüyü işlər hamıya məlumdur.Ar olsun sizə!
ikinizde eyni sinelden cixmisiniz ve o qeder var dovlet mulk yigmisiniz ki biri-birinizi qurban vermeg ucun uf demessiniz Abelin yerinde bu deputat olsaydi Abelde eyni sozleri deyerdi...
İndi Bakıda görün nə qədər o şərabı alan müştərilər abeli söyürlər...Sən demə Azrbaycan şərabını İspan şərabı kimi camaata sırıyıb...Ayıb olsun...