Gələn il yenidən qurulacaq avtomobillər yolları məlum olub

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gələn il yeni yolların tikintisinə başlayacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, artıq həmin yollarının layihələri hazırdır: “Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Ucar-Zərdab-Ağcabədi və Biləsuvar-Bəhrəmtəpə yolları, eləcə də Xaldan-Gürcüstanla dövlət sərhədi yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq".

635x100

Şərhlər

t.ədalət 2018-11-16 16:05:59

Biləsuvar-Bəhrəmtəpə yolu çox pis gündədir.Ağır tonajlı maşınların pis günə qoyduğu bu yola beton plitələr döşənməsə düzələn deyil.

Son yazılar