Cərimələr 10 dəfə artırılır

Vergiyə hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları artırılır.

"Marja" xəbər verir ki, Vergilər Məcəlləsinə aşağıdakı məzmunda 57.1-1-ci maddə əlavə edilir:

“57.1-1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əmək haqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”;

57.3-cü maddədə isə “100” rəqəmləri “1000” rəqəmləri ilə əvəz edilir:

57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi orqanlarının hüquqları aşağıdakılardır:

23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;

23.1.2-1. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək;

635x100

Şərhlər

t.ədalət 2018-11-16 16:42:47

Cərimələr axırda elə bir həddə gətirib çıxaracaq ki,adamlar iş yerini atıb gedəcək.

mete 2018-11-16 16:42:47

Vergilər Nazirliyi ilk olaraq məmurlar üçün, tədricən də hər kəs üçün gəlir bəyannaməsinin tətbiqinə başlamalıdır. Bu yoxdursa, demək, Hökumətdə oturanlar hələ də oğruların tərəfindədir, onların şərikləridir!

vekil 2018-11-16 16:42:47

Avropa ve Asiyada vergileri gun-begun rahatlasdirirlar azaldirlar bizde ise eksine gun-begun cetinlesdirirler yoxlamalari artirirlar odenisi qaldirirlar bu gun en agir gunlerini sahibkarlar yasayir,sahibkari hami qovur vergi polis prakrorluq gomruk icra orqni kim harada tutdu cibini kesib buraxir bele davam etse sahibkar sou leksafonumuzdan cixarilacaq lakin memurlar ise o islerini buraxib hamisi sahibkar olub oteller restoranlar zavodlar bina tikintileri ve daha neler...

Son yazılar