«ABŞ iki cəbhədə döyüşə bilməyəcək və məğlub olacaq» - "Hərbi üstünlüyünü sürətlə itirir"

Hərbi münaqişə baş verəcəyi təqdirdə Amerika Birləşmiş Ştatları (ABŞ) eyni vaxtda iki cəbhədə döyüşə bilməyəcək və onun Rusiyaya və ya Çinə məğlub olması tamamilə mümkündür.

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin milli müdafiə strategiyası üzrə komisiyasının hesabatında bildirilir.

12 nəfərdən ibarət həmsədrlər komissiyasının üzvləri sırasına 2005-2009-cu illərdə müdafiə siyasəti üzrə müdafiə nazirinin müavini, keçmiş səfir Erik Edelman və istefada olan admiral Heri Ruhed də daxil edilib. Sonuncu 2007-2011-ci illərdə ABŞ hərbi-dəniz qüvvələri (HDQ) qərargahının rəisi vəzifəsində çalışıb.

Ekspertlər bu nəticəyə gəlirlər ki, digər ölkələr sürətlə irəli getdikləri bir vaxtda, Vaşinqton öz hərbi üstünlüklərini sıçrayışla itirir.

«Amerikanın hərbi üstünlükləri artıq təmin olunmur, ABŞ-ın maraqları və təhlükəsizliyi üçün isə bunun ciddi nəticələri olacaq» - deyə, hesabatda qeyd olunur.

Bundan başqa, ABŞ silahlı qüvvələri canlı qüvvələrin yolverilməz həddə qədər yüksək itkilərinə məruz qala və növbəti münaqişələrdə mühüm kapital itkiləri ilə üzləşə bilər.

Pentaqonun xaricdə əməliyyatlara sponsorluq etdiyi bir zamanda, ABŞ-ın öz əraziləri təhlükə altına düşür - həm havadan, həm də kiberhücum zərbələrindən.

Qeyd olunur ki, ABŞ yetərincə resurslarla və maliyyə vəsaitləri ilə təmin olunmur - baxmayaraq ki, onun hərbi büdcəsi 716 milyard dollar təşkil edir.

«Təcili olaraq, nüvə qüvvələrini rasionallaşdımaq və modernləşdirmək lazımdır - o cümlədən, milli laboratoriyaları və nüvə komandanlığı şəbəkəsini, nəzarət və rabitəni» - deyə, ekspertlər qeyd edirlər.

Növbəti maliyyə ilinin büdcəsi müzakirəyə çıxarılacağı zaman, bu sənəd qanunvericilərin debatlarının əsasını təşkil edəcək.

Bundan əvvəl, ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, əgər Çin hakimiyyəti öz siyasətini, o cümlədən, iqtisadi və hərbi sferalarda siyasətini dəyişməzsə, Vaşinqton Pekinlə soyuq müharibəyə hazırdır.

635x100

Şərhlər

azər 2018-11-16 20:46:50

əşşi yox də..həqqən? doğur deyirsən?

Son yazılar