"İDRİS İSAYEV PEŞƏKAR MÜTƏXƏSSİS KİMİ ÖZÜNÜ TƏSDİQ EDİB" -  İqtisadçı-ekspert

Xəbər verdiyimiz kimi, təhsil nazirinə yeni müavin təyin edilib.  Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.

İdris İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

Uzun müddət Maliyyə Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyən, son 4 ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müavin vəzifəsində çalışan İdris İsayevin təhsil nazirinə müavin təyin olunması diqqəti cəlb edib.

Bununla bağlı iqtisadçı-ekspert, UNEC-in dosenti İsmayıl İsmayılovun fikirlərini öyrəndik. O, bildirdi ki, bu təyinat təhsil sektorunda həyata keçirilən islahatların daha da sürətlə aparılmasına xidmət edəcək: "İdris İsayev dövlət idarəetmə aparatında işlədiyi uzun müddət ərzində bacarıqlı, peşəkar mütəxəssis kimi özünü təsdiq edə bilib. O, iqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib.

İdris müəllim bundan əvvəl müavin vəzifəsində işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də islahatların həyata keçirilməsində fəal rol oynayıb. Hətta bəzi islahatların təşəbbüskarı kimi tanınıb. 

Yəni, İdris müəllim dövlət idarəetməsində yeni adam deyil. Əminəm ki, o, Təhsil Nazirliyində yeni vəzifəsində özünü kifayət qədər yaxşı tərəfdən tanıda biləcək, peşəkar fəaliyyəti ilə nüfuz qazanacaqdır. Eyni zamanda onun təcrübəsi və savadı ilə təhsil sektorunda həyata keçirilən islahatların daha təkmil aparılmasına öz töhfəsini verəcəyini düşünürəm."

Yeni təyinatla bağlı jurnalist Eynulla Fətullayevin ironiyalı şərhinə gəlincə, İ.İsmayılov bildirdi ki, bu onun digər bir çox statusları kimi adekvat deyil: "Təəssüf ki, özünü super peşəkar kimi qələmə verən bu adam etik çərçivədən kənarına çıxaraq, öz düşüncəsinə uyğun vəsvəsə danışır.  Prezidentin nazir müavini vəzifəsinə təyin etdiyi bir şəxslə bağlı lüsumsuz, mənasız  ifadələr işlədir. Fikrimcə, hər kəs başqasına qiymət verməzdən öncə güzgüdə özünə də baxsa yaxşı olar."

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Ekspert - İsmayıl İsmayılova 2018-11-16 18:24:34

Ekspertə bildirmək istəyirəm ki,əgər İdris İsayev özünü peşəkar bir maliyyəçi kimi göstərə bilibsə,Təhsil Nazirliyindən çox ƏƏSMN-də çox işlər görə bilərdi ? Peşəkar mütəxəssiz (maliyyəçi) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə lazımdır ?

Son yazılar