İsraildə növbədənkənar parlament seçkilərinin tarixi noyabrın 18-də açıqlanacaq

İsraildə növbədənkənar seçkilərin tarixi parlamentin noyabrın 18-də keçiriləcək iclasında elan ediləcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu, ölkənin Baş naziri, Likkud Partiyasının lideri Benyamin Netanyahu ilə təhsil naziri, Bayt Yequhdi Partiyasının (“İsrail bizim evimizdir” Partiyası) lideri Naftali Benneta arasında noyabrın 16-da keçirilən görüşdən sonra məlum olub.

Növbədənkənar seçkilərin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 14-də “İsrail bizim evimizdir” Partiyasının başçısı Aviqdor Liberman müdafiə naziri vəzifəsindən istefa verdiyini, partiyanın isə koalisiyadan çıxdığını bildirib.

635x100

Şərhlər

azər 2018-11-16 17:53:24

israil- öx dillərində allahla savaşan deməkdir..sonu bəlli deyil

Son yazılar