Aykut Kocaman yenidən Türkiyə klubuna baş məşqçi təyin olunub

Dərc olunub: 16/11/2018 - 20:13

d68e1f4b-d0ac-4091-91dc-5b65c2a77092Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Report” “TRT Spor”a istinadən xəbər verir ki, klubun Futbol şöbəsinin müdiri Selçuk Aksoy Aykut Kocamanla razılaşdıqlarını bildirib.

Qeyd edək ki, Aykut Kocaman mövsümün sonunda “Fənərbağça”dakı postundan istefa verib. “Konyaspor” isə noyabrın 12-də Rıza Çalımbayla yollarını ayırıb.

Xatırladaq ki, Aykut Kocaman 2005-2006 mövsümündə və 2014-2017-ci illər aralığında “Konyaspor”un baş məşqçisi olub.








loading...


Fikrinizi bildirin