“ABEL MENDOZA” ŞƏRABI VƏ BİZİM ABEL... - Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?

Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmovun dini tolerantlıq adı altında keçirilən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Əli Evsenin təşkil etdiyi beynəlxalq konfransda şərabın güdazına getdiyi artıq məlumdur.

Rektor-akademik Madriddə Azərbaycandan onunla birlikdə gedən nümayəndə heyətinin də iştirak etdiyi yeyib-içmək məclisində nəinki şərabdan içib məst olub və dava salıb, eyni zamanda bəlli olub ki, A.Məhərrəmov həm də səfir oğlunun adına çəlləklərlə dolu Azərbaycan şərabını diplomatik yük adı altında Bakıdan daşıyıb. Qayıdanda isə ispan şərabı adı altında bu dəfə butulkalarda Bakıya gətirib. Və özünün restoranlarında, şadlıq evlərində satdırırmış.

Virtualaz.org qeyd edir ki, bu iddialar hələ təkzib olunmayıb. Hərçənd rəsmi KİV-lərdə ayrı-ayrı vaxtlarda dərc edilmiş materiallara əsasən şərab sözü Abel Məhərrəmova və səfir oğluna tamamilə doğmadır.

Belə ki, Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov 2016-cı ildə Madridə təyinat aldıqdan dərhal sonra şərab işi ilə yaxından məşğul olmağa başlayıb. Hərçənd bu həmin dövr idi ki, neft kəskin ucuzlaşmışdı və Azərbaycanın valyuta gəlirlərində ciddi azalma baş vermişdi, dalbadal iki devalvasiya olmuşdu. Və Azərbaycandan qeyri-neft məhsullarının, o cümlədən şərabın ixracını artırmaq, ölkəyə başqa mənbələrdən valyuta gətirmək məsələsi ciddi aktuallaşmışdı.

Nəticədə səfir Məhərrəmovu  Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların açılış mərasimlərində görmək olurdu. Üstəlik deyilənlərə görə Azərbaycand da ispan şərablarının satışı biznesi ona və atasına aid idi.

Məsələn, “AzərTAC”ın materiallarına əsasən səfir Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib. Bu barədə “AzərTAc” da xəbər yayıb.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan (unikal.org saytı belə iddia edir) "Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Daha sonra "Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda şərab istehsalı ilə məşğul olan digər şirkətlərin ciddi narazılığına səbəb olub.

Unikal.org belə yazır ki, təqdimatdan sonra, Madriddə "Savalan” brendinə məxsus şərabların satışına da böyük təlabat yaranıb. Bunun üçün təlabatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib.

Lakin ata-oğul Məhərrəmovlar, İspaniya və şərab əhvalatında bir maraqlı ştrix də var. Belə məlum olur ki, İspaniyada “Abel Mendoza” adlı şərab da buraxılır və saytlar dərhal belə qənaətə gəliblər: bu ki, bizim Abeldir! Yəni BDU rektoru şəraba və şərab biznesinə o qədər aludə olub ki, İspaniyada öz adına şərab da buraxdırıb?!

Bu Abelin soyadı Məhərrəmov deyil...

Bəlkə misilsiz korrupsiya əməlləri ilə məşhurlaşan və bu günlərdə vəzifəsini itirən Rüfət Aslanlı-Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri də Abel müəllimin “adına olan” şərabdan ilhamlanıb və Fransada öz adına “Maison d` Aslanlı” markası ilə şərab buraxdırıb?

 

Əslində isə belə deyilmiş. Yəni İspaniyada buraxılan “Abel Mendoza” markalı şərabın Abel Məhərrəmova birbaşa aidiyyatı yox imiş! Amma bu o demək deyil ki, Abel Məhərrəmovun Madriddəki “Eurostar Madrid” otelindəki həmin içki məclisində bərk sərxoş olmasının səbəbkarlarından biri də  “Abel Mendoza” olmayıb. İnternet mənbələrində göstərilir ki, Abel Mendoza ad-soyadlı şəxs İspaniyada tanınmış şərab ustasıdır və “Abel Mendoza” onun şərab markalarından biridir. Növündən asılı olaraq “Abel Mendoza” şərablarının qiyməti 8-47 avro arasında dəyişir.

Doğrudan da mistikadır, BDU rektoru Abel, ispan şərab ustası Abel, Madriddə içki məclisi və dava-dalaş. Axırda da belə...

635x100

Şərhlər

Müsalmanə 2018-11-16 22:33:38

Müsəlmanə----- Birazda Abel müəllimin yerində utan olsun bərabər.

Müsəlman 2018-11-16 22:33:38

Əslində dünyada biabırçılıqdan yaxa qurtarmaq üçün dəfələrlə Həc ziyarətində olmuş "QAFQAZIN ŞEYXİ" vəzifəsini məşğul edən Allahşükür Paşazadə də istefa verib getməlidir. Dünyanın müsəlman ölkələrinin heç bir yerində bu günə kimi şeyxin rəhbərliyi altında təyyara 2 saat hava limanında uçuşdan saxlayıb içərisinə çox böyük miqdarda spirtli işki yığılmamışdır. Bir müsəılman kimi Allahşükür müəəlimin yerinə utanıram

Azər Cəlilə cavab 2018-11-16 22:33:38

Jurnalistləri qınamaq doğru deyil (əgər düz başa düşürəmsə).....bir qayda olaraq vurğu və vergül işarələrinin istifadəsi yerində olanda problem də olmur. Məlumatların sızlması isə istəmədən də baş verir, ələxüsus oyunun qaydalarını tam qavramayanlarda.....İspaniyadan məlumatlar Azərbaycana çatana qədər, eeeee....

********* 2018-11-16 22:33:38

MİRZƏ AĞ:........Əgər Abel Məhərrəmov ölkənin aparıcı ali məktəbinin rektoru, akademik deyil dağ rayonlarının birində fermer təsərrüfatı rəhbəri olsaydı təbii ki, burada heç bir pis iş yox idi. Hətta Azərbaycan şərabını İspan şərabı adı ilə (təbii ki, İspan qiymətlərinə) reallaşdırmasıda başa düşülən olardı (ortalama hesablamalarla 2 ton şərab = 2000-2500 şərab butılkası x 30 avro = 60-75 min avro). Amma Abel Məhərromov isə BDU-nun rektorudur və unuversitetdə təhsilin və elmin səviyyəsi ona tapşırılıb, bu gəstəricilər isə o qədər aşağıdırki, universitetin adı dünyanın heç bir reytinq cədvəlində çəkilmir. Əgər akademik öz təyinatını şərab biznesində görürsə (feys kontrolda bunu təsdiq edir.....)))))) ona imkan yaradılmalıdır ki, təyinatına görə fəaliyyət göstərsin. Düşünürəm ölkə rəhbərliyidə bu amili rəhbər tutaraq onu tutduğu vəzifədən azad edib

vekil 2018-11-16 22:33:38

Abel muellimin adi tutdugu elm yolu ona alverle mesqul olmaga icae vermir lakin bizde ele kanpaniya aparirlar ki isden vurulani topa tutun o bedbext vurulan da cixib metbuata demir ki ay xalqim yalandir bohtandir men caxir satmiram ya dava -dalas salmamisam sadece mene bohtanla serleyirler ona gore de vurulanlar biim zehlemimizi tokur hereye bir damga vurub aylarla bezeyirler bele olan halda onlar vekil tutub oz qanuni huquqlarini qoruyub hetda hebs etdirmege qeder nail olmalidirlar.

Dr.AGAOGLU 2018-11-16 22:33:38

Yazılanlardan məlum olur ki,burada kriminal hecnə yoxdur.Əgər Abel müəllim sənədləşməni və vergi ödəmələrini düzgün aparıbsa bu onun qanuni biznesidir.Və yəqinki bu onu rəsmi Bakının razılığı olmasa etməzdi,buna cəsarət etməzdi sadəcə olaraq.Qanunlarda da Akademiklərin biznes fəaliyyətinə qadağalar yoxdur.Şərab dünyada ən böyük biznes sahələrindən biridir,bir gedişə 200 min dollardan yuxarı qazanc məmurlarımız üçün babat puldur.Təyyarəyə də o cəlləkləri Abel m.qara gözlərinə görə yüklənməyib.Səbəb başqadır.

Mirze AG-a cavab 2018-11-16 22:33:38

Mirze AG -a cavab: Yerli mehsullarin reklaminda pis shey yoxdur. Sadece bunu Baki Dövlet Universitetinin rektorunun etmesi biabirçiliqdir. Özü de shexsi maraqlari üçün. Ikincisi sherabi reklam etmek üçün ölümüne içib, açari itirmek yashli hem de akademik- müellime yarashmaz...

AAgahuseyn 2018-11-16 22:33:38

İndi bilərsən pisliyin axırə necə olur.oqlunu da .... kimi qovmaq lazımdır.

Azər Cəlil 2018-11-16 22:33:38

Established in 1988, the winery owns 17 hectares of organic vines in San Vicente and adjoining villages. Jarrarte was the initial brand, but it is now reserved for the young red wine. Other bottlings are sold under the Abel Mendoza name. 1988-də Abelin nəslini yığsaydın 1 butulka bu çaxırdan pulları yetməzdi - 20£. Bu boyda yalan olar?

Sahib 2018-11-16 22:33:38

ÖLKƏDƏ BARDAQDIR.İT YİYƏSİNİ TANIMIR

Mirzə AĞ 2018-11-16 22:33:38

Mən, sadəcə, anlaya bilmirəm, burada pis nə var ki?! Kişi Azərbaycan şərabını reklam etdirir də...

Kənar adam 2018-11-16 22:33:38

Yıxılana balta çalan çox olar. Tankerlərlə neft satanlardan danışmağa cəsarətiniz çatmır, çanta ilə şərab daşınmadan bəhs edirsiniz. Ayrıca Abel şərabının bu Abelə aidiyyatı yoxdursa, onu burda xatırlatmaqda məqsəd nədir?(məqsəd yəqin belədir - çamır at, tutmasada izi qalar).

Son yazılar