Dərman mafiyasının məhkəməsi başlayır - İstintaq başa çatıb

Dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirən bəzi firmaların rəhbər şəxslərinə qarşı istintaq işi başa çatıb. Bu barədə Baş Prokurorluğun noyabrın 16-da yaydığı məlumatda deyilir.

Məlumata görə, "Sanimed", "Epidbiomed", "Loğman Farm" və "Gömrük Hospitalı" firmaları ölkəyə keyfiyyətsiz və sertifikatlara uyğun olmayan dərman preparatları gətirməkdə şübhəli bilinirlər.

Bununla bağlı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi firmaların rəhbər şəxslərinə qarşı Cinayət Məcəlləsinin 200-1.2.2 (dərman vasitələrinin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinə başlayıb.

Bu firmalar gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda- 353 min manat dəyərində keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələri gətiriblər .

Ümumilikdə 289 adda 64 min qutu və 50 min flakondan ibarət dərman paytaxtın müxtəlif yerlərində yerləşən anbarlarda saxlanılıb.

Məlumatda deyilir ki, cəmiyyətin və dövlətin mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr olduğu üçün həmin şəxslərdən Fərman Məmmədlinin barəsində Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığı üçün onun təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərilib.

Cinayətkar dəstənin digər üzvlərinin barəsində isə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə olan cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar