«Biz hamımız uduzan olacağıq, təcili həll yolunu tapmalıyıq»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin Xalq Respublikası (ÇXR) arasında yaşanan iqtisadi münaqişə bütün dünya üçün təhlükə yaradır.

Onun sözlərinə görə, tərəflər təcili olaraq dialoq yoluna dönməli və ticarət zidiyyətlərinin həlli yolunu tapmalılıdırlar. Çünki bu müharibədə qalib tərəf olmayacaq.

«Biz, Çinlə Birləşmiş Ştatlar arasında soyuq ticarət müharibəsinə qədəm qoymaq riski altındayıq. Biz hamımız uduzan olacağıq. Təcili olaraq, həll yolunu tapmalıyıq» - deyə, nazir «Tvitter»də yazıb.

Le Mer qeyd edib ki, ticarət daha çox strateji iqtisadi məsələdir, ABŞ-ın ticarət proteksionizmi isə bir çox ölkələrin xalqlarının yoxsullaşması təhlükəsi yaradır.

«Ticarət milyonlarla insana fayda gətirən iqisadi inkişafa imkan yaradıb. Mən, bunu inamla deyirəm: proteksionizm - bizim əhalinin və bizim iqtisadiyyatımızın yoxsullaşması deməkdir» - deyə, nazir əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar