ABŞ Polşada hərbi baza yerləşdirmək fikrindən daşınır - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikanın «Fort Tramp» bazasının Polşa ərazisində yerləşdirilməsi planı pozulmaq təhlükəsi altına düşüb, amma Vaşinqton bu ölkədə özünün hərbi iştirakının artırılmasından da imtina etmir.

Hal-hazırda Polşa və Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi əməkdaşlıq konsepsiyasının bir qədər dəyişikliyə məruz qoyulmuş variantını müzakirə edirlər. Bu konsepsiya çərçivəsində Polşa ərazisində əsgərlərin, döyüş sursatının, komandanlıq və kəşfiyyat strukturu elementlərinin yerləşdirilməsi planlaşdırılır.

«Polşa «Fort Tramp» konsepsiyasının ilkin variantından imtina etməyə və onun Amerika hərbi iştirakının başqa forması ilə əvəzlənməsinə hazırdır. Bizim mənbələrimizin məlumatına görə, ABŞ qüvvələrinin artırılması demək olar, həll edilib, amma amerikalılar bir neçə şərt irəli sürürlər» - deyə, Polşanın «Onet» nəşri xəbər verir.

Bununla bərabər, portalın məlumatına görə, baza yerləşdirmək ideyasının reallaşdırılmasının praktiki olaraq şansı yoxdur. Ona görə də burada söhbət yalnız kompromis variantdan gedə bilər.

Bundan əvvəl, Varşava ölkə ərazisində ABŞ hərbi bazası üçün yerin müstəqil seçilməsini də Vaşinqtona təklif etmişdi.

Polşanın prezidenti Anjey Duda bəyan eib ki, ABŞ ordusunun ölkə ərazisində daimi iştirakı bu ölkənin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar