Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır - XİN

Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib.

"Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir", - deyə XİN rəsmisi söyləyib.

Bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib.

635x100

Şərhlər

TARİX 2018-11-17 09:40:47

FRANSA DA RUSİYA KİMİ HƏMİŞƏ AZƏRBAYCANA QARŞI OLMAQLA RİYAKAR SİYASƏT YÜRÜDÜB.ONUN QARABAĞ MÜNAQİŞƏSİNƏ GÖRƏ HƏMSƏDR OLMASI BEYNƏLXALQ HÜQUQA TƏHQİRDİR.

EJDER 2018-11-17 09:40:47

MOLODES,BU BIZIM XARICI SIYASETIMIZIN ANALOQU OLMAYAN,UQURUDUR...YAXWI BU MESULIYYET KIMIN UZERINE DUWUR,DIQALARIN YOXSA XORUZLARIN

Son yazılar