Almaniya yığması UEFA Millətlər Liqasında mövqeyini itirib – NƏTİCƏLƏR

Dərc olunub: 17/11/2018 - 09:44

hollandiya-milletler-liqasiUEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.

“Report”un məlumatına görə, turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub.

A Liqasında Hollandiya Fransaya qalib gələrək, qrup liderliyi şanslarını saxlayıb. Əvəzində bu nəticədən sonra Almaniyanın qrupda sonuncu yeri tutaraq, B Liqasına enəcəyi dəqiqləşib. Bundestimlə “narıncılar”ın son tur oyunu formal xarakter daşıyacaq.

B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukraynanı darmadağın edib.

C Liqasında 3-cü qrupa başçılıq edən hər iki komanda səfərdə heç-heçəyə nail olub. “Qarabağ”ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprə, Norveç isə Sloveniyaya məğlubiyyətdən son dəqiqələrdə qurtulub. Start heyətdə yer alan Slavçev 82 dəqiqə meydanda olub.

Nəhayət, D Liqasında Makedoniya səfərdə Lixtenşteyni 2 cavabsız topla üstələsə də, 4-cü qrup qalibi adını rəsmiləşdirə bilməyib. Buna Ermənistanın səfərdə Cəbəllütariqi darmadağın etməsi səbəb olub. Qrupda birinci yerin taleyi son turda həll olunacaq.

UEFA Millətlər Liqası, V tur

16 noyabr

A Liqası

1-ci qrup

Hollandiya – Fransa – 2:0

Qollar: Jorjinyo Veynaldum, 44. Memfis Depay, 90+6

Xal durumu: Fransa – 7 xal (4 oyuna), Hollandiya – 6 (3), Almaniya – 1 (3)

B Liqası

1-ci qrup

Slovakiya – Ukrayna – 4:1

Qollar: Albert Rusnak, 6. Yuray Kutska, 26. Adam Zrelyak, 52. Robert Mak, 61 – Yevgeni Konoplyanka, 47

Xal durumu: Ukrayna – 9 xal (4 oyuna), Çexiya – 3 (3), Slovakiya – 3 (3)

4-cü qrup

Uels – Danimarka – 1:2

Qollar: Qaret Beyl, 89 – Nikolay Yörgensen, 42. Martin Braytveyt, 88

Xal durumu: Danimarka – 7 xal (3 oyuna), Uels – 6 (4), İrlandiya – 1 (3)

C Liqası

3-cü qrup

Kipr – Bolqarıstan – 1:1

Qollar: Panagiotis Zaxaryu, 24 – Nikolay Dimitrov, 89 (pen.)

Sloveniya – Norveç – 1:1

Qollar: Benjamin Verbiç, 9 – Byorn Yonsen, 85

Xal durumu: Norveç – 10 xal (5 oyuna), Bolqarıstan – 10 (5), Kipr – 5 (5), Sloveniya – 2 (5)

D Liqası

4-cü qrup

Cəbəllütariq – Ermənistan – 2:6

Qollar: Andre Tjey de Barr, 10. Adam Prestli, 78 – Yura Movsisyan, 27; 48; 52; 54. Artur Kartaşyan, 66, Aleksandr Karapenyan, 90+4.

Lixtenşteyn – Makedoniya – 0:2

Qollar: Enis Bardi, 53. İliya Nesterovski, 90+1

Xal durumu: Makedoniya – 12 xal (5 oyuna), Ermənistan – 9 (5), Cəbəllütariq – 6 (5), Lixtenşteyn – 3 (5).

Qeyd edək ki, indiyədək Ukrayna ilə Bosniya və Herseqovina qrup qalibləri kimi A Liqasına, Finlandiya B Liqasına, Gürcüstan isə C Liqasına yüksəlib. Bu komandalar həm də “pley-off” mərhələsində iştirak hüququna yiyələniblər.








loading...


Fikrinizi bildirin