Türkiyə səfiri yol qəzasında xəsarət alıb

Türkiyənin Kosovodakı səfiri Qıvılcım Kılıc paytaxt Priştinadan Gilan şəhərinə gedən yolda zəncirvari yol qəzasına düşüb. Qəza zamanı 3 nəfər ölüb, səfir də daxil olmaqla 7 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Haşim Taçi öz "Facebook" səhifəsində yazıb.

Qəzadan sonra xəstəxanaya gedən Kosovonun xarici işlər naziri Əkrəm Mustafa hadisə zamanı 3 maşının toqquşduğunu, yaralı 7 nəfərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.

Səfirin vəziyyətinin yaxşı olduğunu deyən XİN başçısı, onun sağ qolundan xəsarət aldığını diqqətə çatdırıb.

Kosovo mətbuatının yazdığına görə, ölənlərin hamısı 22, 65 və 88 yaşlı yerli vətəndaşlardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar