“QAŞIQÇININ ÖLDÜRÜLMƏSİ ƏMRİNİ VƏLİƏHD VERİB” - ABŞ kəşfiyyatı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hesab edir ki, jurnalist Camal Qaşıqçının öldürülməsi barədə əmri Səudiyyə Ərəbistanının varis-vəliəhdi, şahzadə Mühəmməd Ben Salman verib. Kəşfiyyatdakı mənbələrə istinadla bu barədə «The Washington Post» nəşri yazıb.

Qaşıqçı bu qəzetin əməkdaşı olub.

«MKİ-nin mövqeyi ondan ibarətdir ki, bu qətl onun (şahzadənin - red.) iştirakı və ya göstərişi olmadan baş verə bilməzdi» - deyə, qəzet yazıb.

MKİ-nin agentləri Səudiyyənin ABŞ-dakı səfiri Xalid ben Salmanın (varisin qardaşı - red.) mərhum jurnalistə etdiyi telefon zənglərini öyrəndikdən sonra bu nəticəyə gəliblər.

Diplomat müxalif jurnalistə bildirib ki, o, kəbin kəsdirə bilmək üçün Səudiyyənin İstanbuldakı konsulluğuna getməli və müvafiq sənədləri almalıdır. Səfir inandırmağa çalışıb ki, jurnalisti heç bir təhlükə gözləmir.

«Xalid zəngi qardaşının (varisin - red.) göstərişi əsasında edib, ancaq aydın deyil ki, o, Qaşıqçının öldürüləcəyi barədə bilib, yoxsa yox?» - deyə, məqalədə sual olunur.

Elə həmin zəng əsasında da Qaşıqçı oktyabrın 2-də sənədləri almaq üçün Səudiyyənin İstanbuldakı konsulluğuna gəlib və «yoxa çıxıb». Ankara isə jurnalistin öldürüldüyünü bəyan edib.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışığında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-11-17 10:25:10

Bəyəm bu təzə xəbərdi. Təbii ki, vəlhəd olacaq. sadəcə izi itirmək üçün qəsddə iştirak edənlərin birini öldürdülə, gərginliyi azaltmaq üçün və hədəfi özündən uzaqlaşdırmaq üçün də 5 nəfıərə idam qərarı çıxartdırb. Bu başı palazlı dəyyus analmır ki, dünya bunu yeməz. Türküyə biniu yeməz. hadisədən qabaq deyirdi Türküyəni quşaltmaq gərək. Tanrı isə bunun cavabını verdi.

Son yazılar