HEYDƏROVUN ETİMADINI İTİRƏN GENERAL İŞDƏN ÇIXARILDI – Deputatın qardaşına vəzifə verildi

Dərc olunub: 20/11/2018 - 20:09

penah Prezident İlham Əliyevin  sərəncamı ilə Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

Qeyd edək ki, “AzPolitika.info”nın özəl mənbələrdən əldə etdiyi məlumata görə,  Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə işdən çıxarılıb. Onun vəzifəsindən azad edilməsi barədə təqdimatı da nazir Kəmaləddin Heydərovun verdiyi bildirilir. Mənbə iddia edir ki, Pənah Süleymanov məhz nazirin etimadını itirdiyi üçün vəzifəsindən azad olunub.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsinə təyin olunan general-mayor Baba Salayev isə  dördüncü müddətdir ki, parlamentin deputatı olan Hacı Salayevin qardaşıdır.

Maraqlıdır ki, bu təyinatla Baba Salayev son iki ildə 3-cü vəzifəni almış olub.

1527587427_1

Belə ki, Baba Salayev 2016-cı ilin yanvarında Dövlət Gömrük Komitəsinın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilmişdi. Ondan əvvəl isə B.Salayev Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. 2017-ci ilin yanvarında Prezidentin sərəncamı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Ancaq bu ilin may ayında Baba Salayev iki il işlədiyi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən çıxarıldı. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra komitədə aparılan kadr islahatları çərçəvəsində B.Salayevi də tutduğu vəzifədən azad etdi.

“Dövlət Gömrük Komitəsi qanunsuz əməllərə qətiyyən yol verməyəcək. Bu istiqamətdə müşavirələr keçirilib və məsul şəxslərə xüsusi tapşırıqlar verilib. Bundan sonra da şəffaflıq və prezidentin apardığı islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”, – deyən S.Mehdiyevin bir sıra vəzifəli şəxs kimi B.Salayevi də məhz bu kriteriyalara uyğun görmədiyi  üçün vəzifədən azad etdiyi bildirilirdi.

Ancaq onun işdən çıxarılmasının səbəbini fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı olması ilə izah edənlər də var idi.

Təsadüfi deyil ki, Baba Salayev Gömrük Komitəsində işdən çıxarıldıqdan sonra nazir Kəmaləddin Heydərov onu Fövqəladə Hallar Nazirliyində sərəncama götürdü və bu gün artıq o, FHN Akademiyasına rəis təyin olunub. 

Murad
Azpolitika.info








loading...


Fikrinizi bildirin